\"Kremlin dili ilə danışan Arutunyan\" və geosiyasi planlar - Azərbaycan hansı addımı atacaq?

\
Ermənistan müdafiə naziri Vaqarşak Arutunyanın "Novosti” agentliyinə verdiyi son müsahibədə Rusiya sərhədçilərinin İran və Türkiyədən sonra bu ölkənin Azərbaycanla sərhədində də yerləşdiyini söyləməsi birmənalı qarşılanmadı. 
 
Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, erməni müdafiə nazirinin bu fikirlərinin arxasında əslində Kremlin geosiyasi planları dayanır:

"Bu addım təbii ki, Moskvanın bölgə ilə bağlı geosiyasi planından irəli gəlir və Azərbaycana təzyiq etmə mexanizminin tərkib hissəsidir.  Ermənistanın Azərbaycanla sərhədində də Rusiyanın 102-ci bazasının əsgərlərinin yerləşdirilməsi Qarabağ ətrafında gedən proseslərin nəticəsidir.  Moskva bununla əzələ nümayiş etdirir.  Ermənistan müdafiə naziri Arutunyan Rusiya qoşunlarının Azərbaycanla sərhəd zonasında yerləşdirilməsi barədə  açıqlamanı da  özbaşına  verməyib. O, birbaşa Kremlin dili ilə danışır”.  

Həmsöhbətimiz bildirdi ki, belə bir vəziyyətin yaranacağını gözləyirdi:

"Rusiya bu addımla iki ölkənin sərhədində mövqe tutmaqla gələcək perspektivdə İrəvanla Bakı arasında imzalana biləcək hər hansı bir sülh razılaşmasının qarşısını almağı düşünür. Çünki Cənubi Qafqazın bu iki ölkəsi arasında sülh razılaşmasının əldə edilməsi Kremlin geosiyasi maraqlarına cavab vermir”.

Politoloqun fikrincə,  Moskvanın həmin addımına adekvat olaraq Bakı da Türkiyə qoşunlarının bölgədə varlığını təmin etməlidir:  

"Moskva bu sayaq təzyiqlərlə həm də çalışır ki, Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya Birliyinə üzv olmağa məcbur etsin. Rusiyanın bu siyasətinin əksinə olaraq,  neytral vəziyyətin yaradılması üçün Azərbaycan öz növbəsində Türkiyə hərbi bazasının Ermənistanla sərhəddə yerləşdirilməsini təmin etməlidir”.

Elçin
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Poçettinonun taleyi sual altındadır - Klub qərar verməyib 

  "Çelsi" komandanın baş məşqçisi Maurisio Poçettinonun gələcəyi ilə bağlı qərar verməyib.   Sfera.az bildirir ki, London klubunun...

Azərbaycanda boşanmalara səbəb olan FAKTLAR: "Ataları, babaları yaşında kişilərlə..." 

Son zamanlar yalançı evliliklərin artması, bu istiqamətdə planlı atılan addımlar müzakirə obyekti olub. İddia edilir ki, bəzi xanımlar və ya bəylər qarşı tərəfl...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....