No Image
No Image

"Kremlin dili ilə danışan Arutunyan" və geosiyasi planlar - Azərbaycan hansı addımı atacaq?

Ermənistan müdafiə naziri Vaqarşak Arutunyanın "Novosti” agentliyinə verdiyi son müsahibədə Rusiya sərhədçilərinin İran və Türkiyədən sonra bu ölkənin Azərbaycanla sərhədində də yerləşdiyini söyləməsi birmənalı qarşılanmadı. 
 
Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, erməni müdafiə nazirinin bu fikirlərinin arxasında əslində Kremlin geosiyasi planları dayanır:

"Bu addım təbii ki, Moskvanın bölgə ilə bağlı geosiyasi planından irəli gəlir və Azərbaycana təzyiq etmə mexanizminin tərkib hissəsidir.  Ermənistanın Azərbaycanla sərhədində də Rusiyanın 102-ci bazasının əsgərlərinin yerləşdirilməsi Qarabağ ətrafında gedən proseslərin nəticəsidir.  Moskva bununla əzələ nümayiş etdirir.  Ermənistan müdafiə naziri Arutunyan Rusiya qoşunlarının Azərbaycanla sərhəd zonasında yerləşdirilməsi barədə  açıqlamanı da  özbaşına  verməyib. O, birbaşa Kremlin dili ilə danışır”.  

Həmsöhbətimiz bildirdi ki, belə bir vəziyyətin yaranacağını gözləyirdi:

"Rusiya bu addımla iki ölkənin sərhədində mövqe tutmaqla gələcək perspektivdə İrəvanla Bakı arasında imzalana biləcək hər hansı bir sülh razılaşmasının qarşısını almağı düşünür. Çünki Cənubi Qafqazın bu iki ölkəsi arasında sülh razılaşmasının əldə edilməsi Kremlin geosiyasi maraqlarına cavab vermir”.

Politoloqun fikrincə,  Moskvanın həmin addımına adekvat olaraq Bakı da Türkiyə qoşunlarının bölgədə varlığını təmin etməlidir:  

"Moskva bu sayaq təzyiqlərlə həm də çalışır ki, Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya Birliyinə üzv olmağa məcbur etsin. Rusiyanın bu siyasətinin əksinə olaraq,  neytral vəziyyətin yaradılması üçün Azərbaycan öz növbəsində Türkiyə hərbi bazasının Ermənistanla sərhəddə yerləşdirilməsini təmin etməlidir”.

Elçin
Sfera.az


Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Kremlin dili ilə danışan Arutunyan" və geosiyasi planlar - Azərbaycan hansı addımı atacaq?

Ermənistan müdafiə naziri Vaqarşak Arutunyanın "Novosti” agentliyinə verdiyi son müsahibədə Rusiya sərhədçilərinin İran və Türkiyədən sonra bu ölkənin Azərbayca...

Milli Məclis “Dostluq” yatağı ilə bağlı sənədi TƏSDİQLƏDİ

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq” yatağı...

Siyasətçilər Rusiya sülhməramlılarının 100 günlük fəaliyyətini necə dəyərləndirir? - SORĞU

"Rusiya "sülhməramlı”ları  Azərbaycanla Ermənistan, habelə ölkəmizdə yaşayan Yuxarı Qarabağdakı erməni millətindən olan vətəndaşlarla münasibətlərin qurulm...

Rusiya Qarabağdakı son vəziyyətlə bağlı məlumat yaydı

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazir...

Turkiyə ilə ötən gün imzalanan sənədlər- Siyahı

Nazirlər Kabineti Ankarada fevralın19-da keçirilən Azərbaycan-Turkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının sonunda iqtisadi əməkdaşlığa dair...

"Dağlıq Qarabağın yenidən ana vətənə qovuşması sevincini ürəkdən hiss etdik” - Ərdoğan

"Həm Dağlıq Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız türk dünyasının birlik, bərabərlik və həmrəyliyinin önəmini göstərdi”. Sfera.az x...