Kreml sözçüsündən Şuşa bəyannaməsinə sərt reaksiya: “NATO ölkələrinin Rusiya sərhədləri yaxınlığında...”

Kreml sözçüsündən Şuşa bəyannaməsinə sərt reaksiya: “NATO ölkələrinin Rusiya sərhədləri yaxınlığında...”
Kremlin sözçüsü Dmitri Peskov Türkiyə hərbi bazalarının Azərbaycanda qurula biləcəyi haqda xəbərləri diqqətlə izlədiklərini bildirib.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Peskov bunun Moskvanın öz milli təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməsinə səbəb olacağını söyləyib.

Ankaranın bu istiqamətdəki qərarının Kreml üçün "qırmızı xətt" olub-olmadığı barədə suala cavab olaraq Peskov "NATO ölkələrinin Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturunun yaradılması Moskvanın xüsusi diqqət göstərməsi və milli təminat üçün addımlar atmasına səbəbdir"- deyə, bildirib.  

Moskvanın həm Bakı, həm Ankara, həm də İrəvanla sıx təmasda olduğunu bildirən Peskov"Atılacaq hər addım Qafqazdakı vəziyyətin daha da sabitləşməsinə, infrastrukturun, nəqliyyat şəbəkəsinin, ümumilikdə vəziyyətin yaxşılaşdırılmasına və problemin həllinə kömək etməlidir. Gərginliyin artmasına səbəb ola biləcək amillər yaranmamamlıdır" - deyə qeyd edib.

Xatırladaq ki, bir neçə gün öncə Şuşa bəyannaməsinə imza atan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan ərazisində Türkiyə hərbi bazasının yerləşdirilməsini mümkün sayıb.
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR