Kreml sözçüsü Lukaşenko və oğlunun öldürülməsi planından danışdı

Kreml sözçüsü Lukaşenko və oğlunun öldürülməsi planından danışdı
Kreml Lukaşenkoya sui-qəsd planına münasibət bildirib.

Sfera.az-ın "İnterfaks”a istinadla məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov Belarus prezidenti Aleksandr Lukaşenkoyaya sui-qəsd planının tamamilə destruktiv olduğunu deyib:

"Tamamilə konkret və destruktiv planların müzakirə edildiyinə şübhə yoxdur. Bunu tam əminliklə söyləmək olar”.
 
O, həmçinin  Rusiya prezidenti Vladimir Putinin ABŞ lideri Co Baydenlə telefon danışığında Belarusda dövlət çevrilişinə hazırlıq məsələsini müzakirə etdiyini də təsdiqləyib.
 
Xatırladaq ki, aprelin 17-də  Lukaşenko ona və övladlarına qarşı sui-qəsd planlaşdırıldığını bildirmişdi.Belarus prezidentinin dediyinə görə, onu aradan götürmək məsələsi ABŞ-ın ali rəhbərliyi tərəfindən təsdiqlənib.
 
O, həmçinin  qeyd etmişdi ki, Putin Baydenlə söhbəti zamanı sözügedən sui-qəsd cəhdilə bağlı sual versə də, cavab ala bilməyib.
 
Daha sonra Federal Təhlükəsizlik Xidməti (FTB) Moskvada Belarusda hərbi çevriliş planlaşdıran iki nəfərin həbs olunduğunu bəyan etdi. Qurumdan verilən məlumata görə, saxlanılanlardan biri ikili vətəndaşlığı olan Yuri Zyankoviç ABŞ və Polşadakı məsləhətləşmələrdən sonra Moskvaya gəlib. O, Belarus Silahlı Qüvvələrinin təmsilçiləri ilə görüşərək onları çevrilişdə iştirak etməyə razı salmağı planlaşdırırmış.

Dövlət Departamenti isə ABŞ-ın sui-qəsd cəhdində iştirakı ilə bağlı bəyanatı ağ yalan adlandırıb.
 
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...