Kreml: “Putin Zelenski ilə Donbasdakı münaqişələr barədə müzakirə aparmayacaq”

Kreml: “Putin Zelenski ilə Donbasdakı münaqişələr barədə müzakirə aparmayacaq”
Gündəlik mətbuat konfransında çıxış edən Kremlin mətbuat katibi Dmitriy Peskov Putin və Zelenski arasındakı mümkün dialoqun məzmununu qiymətləndirib.
 
Sfera.az xəbər verir ki, Peskov Rusiyanın Donbasdakı qarşıdurmaların tərəfi olmadığını vurğulayaraq ölkə prezidenti Vladimir Putinin ukraynalı həmkarı Vladimir Zelenski ilə Donbasdakı münaqişələr barədə müzakirə aparmayacağını bildirib.

D. Peskov iki prezident arasında müzakirə mövzusunun yalnız ikitərəfli münasibətlərlə bağlı olacağını diqqətə çatdıraraq Ukrayna üçün doğru addımın Donetsk və Luqanskla birbaşa dialoqa keçmək və Minsk razılaşmasını tətbiq etmək olduğunu qeyd edib.

Rusiya rəsmisi Kreml Administrasiyasının vitse-prezidenti Dmitriy Kozakın Ukrayna Adminstrasiyasının ofisi ilə daimi kommunikasiyada olduğunu sözlərinə əlavə edib.

Xatırladaq ki, Putin ona Donbasda görüşməyi təklif edən Zelenski ilə Moskvada ikitərəfli danışıqlara hər zaman hazır olduğunu söyləmişdi.
Putin sözügedən görüşdə Donbasın problemləri müzakirə ediləcəksə, Ukrayna rəhbərliyinin öncə Donetks və Luqansk rəhbərləri ilə görüşməli olduğunu, daha sonra üçüncü ölkələrin nümayəndələri ilə bu problemləri müzakirə etməli olduğunu bildirmişdi. O, üçüncü ölkənin hazırkı situasiyada Rusiya sayıldığını diqqəyə çatdırmışdı.

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR