Kredit borcları dondurulsun — Deputatdan təklif

Kredit borcları dondurulsun — Deputatdan təklif
 "Bu gün sürətlə yayılan koronavirus dünya iqtisadiyyatında təsirsiz ötüşməyərək yeni bir situasiya yaradıb. Dünya iqtisadiyyatında yaranmış durum Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib”. Bunu "Ölkə.Az”a açıqlamasında millət vəkili İqbal Məmmədov deyib. Onun sözlərinə görə, artıq turizm, iaşə, nəqliyyat, daşıma sahəsində bu təsirlər hiss olunmaqdadır və getdikcə də öz təsirini göstərəcək. "Bu da istər-istəməz sahibkarlığın inkişafına öz mənfi təsirini göstərməli olacaq.  Belə olan şəraitdə mən sahibkarlara maliyyə amnistiyasının tətbiq olunmasını təklif edirəm.  Belə ki, Azərbaycan dövləti və cənab Prezident  ölkədə sahibkarlığın inkişafına hər zaman dəstək verib. Hesab edirəm ki, indiki məqamda da  bu dəstək verilməlidir”- deputat bildirib. İ.Məmmədov deyib ki,  iş adamları sahibkarlığın inkişafı məqsədi ilə  kreditlər  götürüblər: "Ancaq  bir çox hallarda sahibkarlar kreditləri qaytarmaqda çətinlik çəkirlər. Krediti geçikən zaman isə hər gecikən günə əlavə cərimələr, yəni peniyalar gəlir. İndiki şəraitdə, koranvirusla bağlı müddəti bitənədək  hökumətə gecikən kreditlərə görə peniyaların dondurulmasını təklif edirəm. Koronavirusla bağlı pandemiya müddəti bitdikdən, iqtisadi aktivlik təmin olunduqdan sonra  gecikən kreditlərə görə peniyalar qüvvəyə minsin. Amma indiki vəziyyətə bu dondurulsa yaxşı olar. Bu da sahibhakların üzləşdiyi çətin durumda onlara böyük dəstək olar”.

OXŞAR XƏBƏRLƏR

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...

Çarli Çaplini heyran edən azərbaycanlı bəstəkarın DOĞUM GÜNÜDÜR

Bu gün görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin doğum günüdür.   Sfera.az xəbər verir ki, Qəmbər Hüseynli 16 ...

Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb

Yelo Bank 2024-cü ilin birinci rübünü uğurlu nəticələrlə tamamlayıb.   Rübün yekununda Bankın xalis mənfəəti 14 mln manatı keçib. Bankın digər əsas m...