Kraliça II Yelizaveta \"İlin yaşlısı\" mükafatını geri çevirdi

Kraliça II Yelizaveta \
Böyük Britaniya kraliçası II Yelizaveta ona təqdim edilən mükafatı qəbul etməyib.
 
Sfera.az bildirir "The Oldie” jurnalının hər il təqdim etdiyi "İlin yaşlısı” mükafatına bu il kraliça layiq görülüb. Lakin 95 yaşlı II Yelizavetanın cavabı gözlənilməz olub. O, xüsusi köməkçisi Tom Lainq Beker vasitəsilə jurnala məktub göndərib.

"Kraliça insanın hiss etdiyi yaşda olduğuna inanır. Bu səbəbdən mükafatı qəbul etmir və ona daha dəyərli bir namizəd tapa biləcəyinizi düşünür”, - deyə məktubda qeyd edilib. 

Xatırladaq ki, sözügedən mükafatı kraliçanın aprel ayında dünyasını dəyişən həyat yoldaşı Filip 2011-ci ildə, 90 yaşında almışdı.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR