Kovid xəstəsində bu analizlər normaldırsa müalicəyə ehtiyac yoxdur

Kovid xəstəsində bu analizlər normaldırsa müalicəyə ehtiyac yoxdur
Əgər COVID-19 PCR yaxma və ya kart-test yaxma analizi (burun-udlaqdan və ağız-udlaqdan-əsnəkdən yaxma) müsbətdirsə, pulsoksimetr cihazı ilə barmaq ucundan SpO2-ni, yəni oksigen saturasiyasını ölçün, əgər 95-dən çoxdursa, heç bir müayinə və müalicəyə ehtiyac yoxdur.

Sfera.az xəbər verir ki, həkim radioloq Aydın Əliyev bildirib ki, əgər oksigen saturasiyası 95-dən aşağıdırsa, qandan koaquloqramma (laxtalanma), CRP, D-dimer, ferritin, qan ümumi (hemoqram) analizlərini vermək olar və adi döş qəfəsinin rentgen müayinəsindən keçmək lazımdır, lakin KT-yə ehtiyac yoxdur:

"Əgər rentgen müayinəsində COVID-19 xəstəliyinə aid olan ikitərəfli multifokal kölgəliklər aşkar edilibsə, müvafiq müalicə almaq olar. KT isə lazım deyil. Yəni döş qəfəsinin rentgen müayinəsində COVID-19 təsdiq edilibsə, deməli, ağciyər damarlarında tromblaşma var, müvafiq müalicə almaq lazımdır.

Ağciyərlər rentgen müayinəsində təmiz görünürsə, deməli xəstəlik yüngül keçir və yenə də KT müayinəsinə ehtiyac yoxdur.

Yalnız test analizi mənfidirsə, rentgen müayinəsində patoloji kölgəlik görünmürsə və SpO2 (oksigen saturasiyası) 95-dən azdırsa, o halda KT müayinəsinə ehtiyac ola bilər. Bu isə nadir hal hesab olunur".

A.Əliyev, həmçinin əlavə edib ki, döş qəfəsinin rentgen müayinəsinin təmiz olduğu, lakin KT müayinəsində ağciyərlərdə 10%-ə qədər buzlu şüşə mənəzəsinin göründüyü və SpO2-nin 95-dən çox olduğu, eləcə də qanda EÇS, CRP, ferritin, D-dimer, koaquloqoqrammanın normal olduğu hallarda heç bir ciddi müalicə və müayinəyə ehtiyac yoxdur. /medicina.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

3D çaplı peyvənd hazırlanıb - "Daha çox qoruyacaq..."

ABŞ-da Stenford və Şimali Karolina Universitetinin alimləri iynələrə ehtiyacı aradan qaldıran 3D çaplı peyvənd hazırlayıblar. Sfera.az xəbər verir ki, &...

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda daha 35926 nəfər peyvənd olunub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildiril...

COVID-19-a yoluxma sayı artdı – GÜNLÜK STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 530 yeni yoluxma faktı qeydə alınıb, 1 864 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabi...

COVİD-19 peyvəndi qripdən də qoruyurmu? - Açıqlama

Mövsümlə əlaqədar olaraq koronavirus peyvəndi ilə yanaşı qripə qarşı peyvəndləmə də aktuallaşır. Koronavirusa qarşı peyvəndləmənin aparılmasını nəzərə ...

“Omikron” koronavirusun son nəfəsidir? – Alimlər “öldürməyən ştamm”la bağlı ilginc açıqlamalar verdi

Yeni "Omikron” ştammı ilə bağlı bütün dünya alimlərindən nikbin bəyanatlar gəlir.   Sfera.az xəbər verir ki, bəzi ekspertlər "Omikron”un COVID-19-u...

Bu universitetin 64 tələbəsi KORONAVİRUSA YOLUXUB

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində indiyədək 64 tələbə koronavirusa yoluxub. Sfera.az xəbər verir ki, hazırda 28 qrup təhsilini distant şəki...