Kosmik hava durumu açıqlanıb

Kosmik hava durumu açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası iyulun 15-dən 17-dək olan kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan verilən məlumata görə, Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub.

Günəş diski ləkəsizdir. İyulun 13-də UTC-də mərkəzi S28W42 zonası yaxınlığında olan kanal boyunca təxminən 15 dərəcəlik uzun sap ("filament”) meydana gəlib. Bu sap bilavasitə Rgn 2744 (S28, L = 214) köhnə fəallıq oblastı yaxınlığında yerləşir. İyulun 14-də UTC-də SDO / AIA 193 görüntülərində tac qaralması qeydə alınıb. Həmin gün UTC-dən başlayaraq LASCO C2 görüntülərində şimal-qərb limbindən qalxan və yavaş sürətlə hərəkət edən dar CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunub. Bu tac kütlə atlmasının WSA / ENLIL modelləşdirilməsi həmin CME-də Yerə doğru yönələn komponentin olmadığını aşkarlayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub, İyulun 14-də UTC-də özünün 4,208 pfu maksimal qiymətinə çatıb. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti ortalama 440 km/san olub. Ümumi maqnit sahəsi 3-5 nT intervalında olub. Bzkomponenti üçün kənaraçıxma +3 /-4 nT intervalında olub. Phi bucağı əsasən müsbət sektorda qərarlaşıb.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3).

Kosmik hava proqnozu – Proqnoz dövründə (15 – 17 iyul) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (15 – 17 iyul) yüksək səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (15 – 17 iyul) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə 15 iyul günorta radələrində Günəş küləyi parametrlərinin mənfi qütblü CH HSS effektinin (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) geoeffektiv təsiri hesabına güclənəcəyi proqnozlaşdırılır. STEREO A külək məlumatları əsasında sürətin 450 – 550 km/san diapazonunda dəyişəcəyi gözlənilir.

Proqnoz dövründə 15 iyul günorta radələrindən başlayaraq mənfi qütblü CH HSS effektinin (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) geoeffektivləşdiyindən fəal şəraitin meydana gələcəyi , 16 iyulda bu şəraitin davam edəcəyi (Kp=3, 4), 17 iyulda isə nisbi sakitləşəcəyi (Kp=2, 3) proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı 15 və 16 iyulda 10%-dən, 17 iyulda isə 5%-dən aşağı qiymətləndirilir.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...