Korrupsiyaya yol verərək vəzifədən uzaqlaşdırılan Avropa liderləri - SİYAHI

Korrupsiyaya yol verərək vəzifədən uzaqlaşdırılan Avropa liderləri - SİYAHI
Son 10 ildə Avropanın bir çox ölkələrinin liderləri korrupsiya iddiaları səbəbindən vəzifələrini tərk etmək məcburiyyətində qalıb.

Sfera.az həmin maraqlı faktları təqdim edir:

Avstriya
 
Avstriya kansleri Sebastian Kurz ona qarşı "rüşvət, korrupsiya və etimadın pozulması" ittihamlarından sonra istefa verib.

Estoniya

Estoniya Baş naziri Juri Ratas daşınmaz əmlak firması ilə əlaqələrinə görə partiyasına qarşı aparılan korrupsiya istintaqının ardından 13 yanvar 2021 -ci ildə istefa verib.
 
Malta
 
Malta Baş naziri Joseph Muscat 2017-ci ildə korrupsiyanı araşdıran jurnalist Daphne Caruananın cinayətinin istintaqında ortaqlarını qorumaq üçün müdaxilə etmək ittihamı ilə 1 dekabr 2019-cu ildə istefa verib.

Slovakiya
 
2018-ci ilin fevral ayında yüksək vəzifəli siyasətçilərlə Slovakiyadakı İtalyan mafiyası arasında iddiaları araşdıran jurnalist Jan Kuciak və nişanlısının öldürülməsi ölkəni siyasi böhrana sürükləyib. Baş nazir Robert Fico, qətllərlə bağlı ictimaiyyətin etirazından sonra mart ayında istefa verib.

Rumıniya
 
2015-ci ilin oktyabrında Rumıniyada gecə klubunda baş verən yanğından sonra, Buxarestdə on minlərlə etirazçı küçələrə axışaraq sosial demokrat Baş nazir Viktor Pontanı istefa verməyə məcbur edib. Hadisəsən üç il sonra 2018-ci ilin may ayında Ponta korrupsiya araşdırması nəticəsində ölkənin ali məhkəməsi tərəfindən fırıldaqçılıq və digər məsələlər üzrə ittiahm edilərək, vəzifədən uzaqlaşdırılıb.
 
Çexiya Respublikası

Çexiyada 2013-cü ilin iyununda, sağ mərkəzçi baş nazir Petr Necas, köməkçisi və sevgilisinin korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi səbəbindən istefa vermək məcburiyyətində qalıb. Prokurorlar baş nazirə cinayət işi açmayacaqlarını bildiriblər.
 
Almaniya
 
Almaniyada keçmiş kansler Helmut Kohl cərimələnərək 1990 -cı illərdə partiyanın gizli fondlarını idarə etdiyini etiraf etdikdən sonra Xristian Demokrat Birliyinin fəxri sədri vəzifəsindən istefa verməyə məcbur edilib. Bundan  sonra Almaniya liderləri ciddi nəzarət altında idi. Belə ki, prezident Christian Wulff, nüfuzundan sui-istifadə etməkdə günahlandırılaraq, 2012-ci ilin fevral ayında prezidentlikdən istefa verib.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Azər Türk Bank daha bir filialını istifadəyə verdi - FOTOLAR

Dövlət bankı Azər Türk Bank özünün xidmət şəbəkəsini genişləndirməkdə davam edir.   Bu gün Bank Sumqayıt şəhərində yeni koseptdə açılan fiz...

Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi BAŞLADI

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəb...

ABB-nin ATM-lərində YENİLİK!

Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABB öz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb. Bu yenilik ATM-lər vasitəsilə bank ...

"Ermənilərə həmişə türk kömək edib, sülh müqaviləsi bağlanacaq" - Deputat

“2023-cü il dövlət səviyyəsində Heydər Əliyev ili idi. Dünən Moskvada dövlət başçılarının görüşündə Baykal-Amur magistralında rolundan danışıldı, bu da He...

Sosial yardımlar nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

Siyavuş Novruzov Əli Kərimlini debata ÇAĞIRDI: "Tiktokerlik etməkdənsə, gəlsin..."

“Azərbaycanın atdığı hər addım beynəlxalq hüquq standartlarına uyğundur”.    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin ...