“Korrupsioner məmurların cəzalandırılması sahibkarlıq fəaliyyətinə müsbət təsir göstərir” – Ramin Əhmədov

“Korrupsioner məmurların cəzalandırılması sahibkarlıq fəaliyyətinə müsbət təsir göstərir” – Ramin Əhmədov
 

"Prezident İlham Əliyev Ağdam, Ağcəbədi və Tərtər rayonlarına səfəri zamanı bir neçə yeni müəssisənin açılışını etdi. Bununla yanaşı, əhalinin elektirik enerjisi təchizatı və su-kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilmiş layihələrin başa çatdırılması, eləcə də "ASAN Xidmət” mərkəzlərinin istifadəyə verilməsi ölkə başçısının bölgələrdə yaşayan vətəndaşlarımıza göstərdiyi yüksək qayğının göstəricisidir”.

Sfera.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Prezidentin bölgələrə son səfəri barədə danışarkən deyib.

YAP rəsmisi qeyd edib ki, koronavirusun dünya iqtisadiyyatını iflic vəziyyətə qoyduğu zamanda ölkəmizdə sosial layihələrin təxirə salınmaması iqtisadi sistemimizin düzgün qurulmasından xəbər verir: "Məlumdur ki, dünya ölkələri koronavirus infeksiyasına görə 2008-ci il maliyyə böhranından daha çətin günlər yaşayır. Bu böhranın Azərbaycan iqtisadiyyatında da gərginliklər yaratması təbiidir. Əsas problem ölkələrin bu iqtisadi gərginlikdən hansı metodlarla çıxacağıdır. Ölkəmiz qısa müddət ərazində dünyaya koronavirusun iqtisadiyyata təsirini azaltmaqla bağlı nümunəvi model təqdim etdi. Azərbaycanda qurulan dayanıqlı iqtisadiyyat və koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən qabaqlayıcı tədbirlər nəticəsində maliyyə itkilərimiz minimuma endirildi, əhalinin gəlirlərinin azalması dövlət vəsaiti hesabına konpensasiya olundu”.

Ramin Əhmədov vurğulayıb ki, ölkə başçısının müdrik idarəçiliyi və uzaqgörənliyi sayəsində Azərbaycan koronavirus infeksiyasına qalib gələcək: "Dövlətin yanında olmaq və qoyulan qaydalara əməl etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Dövlət vətəndaşı üçün hər şeyi edir. Həm sağlamlığını qoruyur, həm də iqtisadi itkilərinin qarşısını alır. Vətəndaş da qaydalara əməl etməklə dövlətə dəstək olmalıdır”.

Ramin Əhmədov dövlətin sahibkarlara vergi güzəştlərinin tətbiq edilməsi yönündə atdığı addımlardan da danışıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin pandemiyə dövründə sahibkarlara güzəştlərin edilməsilə bağlı verdiyi tapşırıqlar, ölkədəki biznes mühitinə böyük dəstəkdir: "Pademiyadan ən çox əziyyət çəkən sektorlardan biri biznes sturukturlarıdır. Çünki iş yerlərinin müvəqqəti olaraq qapadılması və alıcılıq qabiliyyətinin enməsi hər bir sahibkarın gəlirinə mənfi təsir edir. Belə bir məqamda sahibkarlar üçün nəzərdə tutulan müvəqqəti vergi güzəştlərinə dair layihələrin işlənməsi, sahibkarlıq sahəsində dayanıqlı və davamlı fəaliyyətin təmin olunması xüsusunda olduqca böyük əhəmiyyət kəsb edir. Bundan başqa, korrupsiya və rüşvətxorluğa qarşı aparılan amansız mübarizə də sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə şərait yaradan əsas amillərdən biridir. Sahibkarları incidən, qanunsuz olaraq müxtəlif ödənişlər tələb edən, yeni iş yerləri yaratmaq məqsədi daşıyan müxtəlif layihələrin gerçəkləşdirilməsinə imkan verməyən və ya bu kimi layihələrdən öz şəxsi maraqları üçün istifadə etməyə çalışıan icra başçıları və ayrı-ayrı məmurların cəzalandırılması, ən əsası isə dövlət başçısının onlara qarşı barışmaz mövqe tutması, heç şübhəsiz ki, ölkədə sahibkarlığın daha da inkişaf etməsində böyük rol oynayır. Bu gün sahibkarlar cənab Prezidentə, dövlətə, dövlətin qanunlarına güvənərək yeni-yeni layihələr ərzəyə gətirməyə həvəslənir və ölkəmizin inkişafına töhfə verməyə çalışırlar”.

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...