Körpələr evində Zəfər bayramı - FOTOLAR - VİDEO
16:56 / 04.11.2021
1279
Bu gün Nərimanov rayonu 69 №-li körpələr evi-uşaq bağçasında Zəfər bayramı münasibəti ilə tədbir keçirilib.
Sfera.az xəbər verir ki, tədbir iştirakçılarına 44 gün davam edən Vətən Müharibəsindən bəhs edilib.
Bu dövrdə rəhbər-ordu-xalq birliyi, əsgərlərimizin döyüş ruhu və zəfərimiz barədə geniş məlumatlar verilib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 44 gün ərzində Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışlarından ibarət videoçarxa baxılıb.
Sonda uşaqların Zəfər günü ilə bağlı hazırladıqları kompozisiyalar nümayiş olunub.