No Image

Koronovirus əleyhinə dərman tapıldı - SON DƏQİQƏ!

Koronovirus əleyhinə dərman tapıldı - SON DƏQİQƏ!
 

Koronavirus əleyhinə maddə tapılıb.

Sfera.az  AMEA-nın saytına istinadla xəbər verir ki, Marburq Universitetinin alimləri Çində 2019-cu ilin dekabr ayının sonundan tüğyan edən, minlərlə insanın yoluxmasına, yüzlərlə insanın isə ölümünə səbəb olan koronavirus (2019-nCov) əleyhinə maddə tapıblar. CR-31-B adlı maddə virusun çoxalmasına mane olacaq.

Bu barədə www.nachedeu.com saytı xəbər verir.

"Antivirial Research” jurnalında dərc edilən məqalədə tədqiqat rəhbəri Kristin Müller izah edir ki, CR-31-B molekulu bitki əsaslı aktiv maddədir. Bu maddə Aglaia cinsindən olan mahaqani bitkilərindən əldə olunub və uzun illər müxtəlif xəstəliklərin müalicəsində istifadə edilib.

Tədqiqatın həmmüəllifi Arnold Grünvellerin sözlərinə görə, maddə birbaşa bitkidən əldə edildiyi üçün onu istehsal etmək çətindir. Bu aktiv maddə hüceyrələrdəki virus konsentrasiyasını azaldır və "Zika”, "Lassa”, "Krım-Konqo” viruslarına qarşı mübarizədə əlverişli hesab edilir.

Hazırda maddənin bir dərman olaraq təsdiqlənməsi üçün sınaqlar aparılır. Alimlər ümid edirlər ki, yaxın gələcəkdə CR-31-B molekulu koronavirusun müalicəsində öz təsdiqini tapacaq.

OXŞAR XƏBƏRLƏR

Prokurorluqdan Nərminin qətli haqda — Yeni məlumat...

 Tovuz rayonunun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı araşdırmalar davam edir.   Sfera.az xəbər verir ki, ...

Nərmin Quliyevanın qətlinə görə üç nəfər istintaqa çağırıldı

  Tovuz rayonunun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətlində adı hallanan kənd sakini Altay Ələkbərov, hadisəni gördüyü iddia ed...

Öldürülən Nərminin gündəliyi: “Atam məni sevsəydi…”

Tovuz rayonu, Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanın qətli ilə əlaqədar internetdə səs yazısını yayan anonim müəllif öz oyununu oynayır. Bu b...

Nərminin qətlindəki yeni şübhəli də saxlanıldı: “ALTAYI DÜNƏN AXŞAM TUTUBLAR…”

  Tovuzun Dondar Quşçu kəndində oğurlanaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın nənəsi Minayə İsmayılova virtualaz.org-a açıqlama verib. Bildirib ...

NƏRMİNİN NƏNƏSİ ALTAYIN HƏBSİNİ TƏLƏB ETDİ: “Polisə aparsalar…”

  Tovuzda qətlə yetirilərək yandırılan 10 yaşlı Nərmin Quliyevanın nənəsi Minayə İsmayılova qeyd edilən cinayətlə bağlı sosial şəbəkədə yayılan səs yazısı...

Koronovirus əleyhinə dərman tapıldı - SON DƏQİQƏ!

  Koronavirus əleyhinə maddə tapılıb. Sfera.az  AMEA-nın saytına istinadla xəbər verir ki, Marburq Universitetinin alimləri Çində 2019-cu ilin ...