Koronavirusun yayılması ilə bağlı qorxulu yenilik - ÜST tövsiyələrini dəyişdirə bilər

Koronavirusun yayılması ilə bağlı qorxulu yenilik - ÜST tövsiyələrini dəyişdirə bilər
 

Alimlər koronavirusun yayılma yollarını bir daha nəzərdən keçiriblər. Onların sözlərinə görə, zərrəciklər havada düşünüldüyündən daha uzun müddət qala bilər.

Bu barədə "The New York Times” xəbər verib.

Alimlər, həmçinin, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) müraciət edərək, qurumdan pandemiya tövsiyələrinə düzəliş edilməsini istəyiblər. Sənədi 32 ölkədən 239 tədqiqatçı imzalayıb.

Onların fikrincə, virus havada əvvəlcədən düşündüyündən daha kiçik zərrəciklər formasında ola bilər, bu isə nəfəs alarkən COVID-19 molekullarının bədənə daxil olmasına imkan verir.

Qeyd edək ki, ÜST tövsiyələrində virusun böyük, ağır damlalar formasında olduğu üçün sürətlə səthə çökdüyü bildirilir. ÜST-ün İnfeksiya ilə Mübarizə üzrə texniki direktoru Benedetta Alleqranzinin sözlərinə görə, elm adamları tərəfindən gətirilən dəlillər inandırıcı deyil, bu mövzuda hələ də mübahisələr var.

Koronavirusun düşünüldüyündən də kiçik hissəciklər şəklində olması versiyası sübut olunarsa, ÜST tövsiyələrini dəyişdirmək məcburiyyətində qalacaq.

Belə ki, müəssisədə də maska geyinmək lazım gələcək, həkimlər isə ən kiçik zərrəciklərin keçməsinə imkan verməyən güclü filtrli maska taxmağa məcbur olacaqlar.

Eyni tövsiyə binalara da aid ediləcək: orada daha güclü filtrlər quraşdırmaq, hava dövranını azaltmaq və həmçinin, virusu mütəmadi ultrabənövşəyi şüalarla zərərsizləşdirmək lazım olacaq. (women.az)


OXŞAR XƏBƏRLƏR

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...