Koronavirusun vətəni Uhandan görüntülər - FOTO
21:15 / 17.08.2020
4520
Koronavirusun dünyaya yayıldığı ilk ərazi olan Çinin Uhan şəhərindən yayılan görüntülər təəccüb doğurub.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Uhanda aylarla davam edən karantindən sonra insanlar normal həyata qayıdıblar.
Artıq şəhərin heç bir yerində qadağa tətbiq edilmir.
İnsanların əyləncə mərkəzlərində, hovuzlarda maskasız, sıx toplaşdığı görüntülər izləyiciləri heyrətləndirib.