Koronavirusun sona çatması üçün heykələ maska taxdılar - FOTO

Koronavirusun sona çatması üçün heykələ maska taxdılar - FOTO
Yaponiyanın Fukuşima şəhərindəki nəhəng buddist heykəlinin ağız nahiyəsinə 35 kiloqram ağırlığında maska taxılıb.
 
Sfera.az xəbər verir ki, bu addım koronavirusun bitməsi niyyəti ilə atılıb.

maskanın taxıldığı Kannon adlı heykəl Fukuşima şəhərindəki Houkokuji Aizu Betsuin məbədində yerləşir və buddistlərin mərhəmət tanrısı hesab olunur. 
33 il əvvəl inşa edilən heykəl əsasən yerli sakinlər tərəfindən yeni doğulmuş körpələrinə xeyir-dua vermək üçün ziyarət edilir.

Məbəd müdiri Takaomi Horigane maska ideyasının fevral ayında baş verən zəlzələ səbəbilə heykəldə bərpa işləri aparan işçilərdən gəldiyini bildirib. O qeyd edib ki, Yaponiyada epidemiya nəzarət altına alınanadək maska heykəlin üzərində saxlanılacaq.

Əzizə Zeynal 
Sfera.az 


OXŞAR XƏBƏRLƏR