Koronavirusun növbəti əsas simptomu aşkar edildi
Sağlıq
16:22 / 12.12.2020
2860
COVID-19 infeksiyasının növbəti əsas simptomu açıqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb.
Bu mövzuda araşdırmalar İslandiyadan olan alimlər tərəfindən aparılıb.
Mütəxəssislər müəyyən ediblər ki, COVID-19 xəstələrinin yarısından çoxunda (55 faiz) miyalgiya var.
Xəstələr əzələlərdə, bağlarda, yumşaq birləşdirici toxumalarda, sümüklərdə və digər orqanlarda ağrı hiss edirlər.
Bundan əlavə, COVID-19-un digər ümumi simptomları da açıqlanıb. Bunların arasında baş ağrısı (51 faiz) və öskürək (49 faiz) var.
Qeyd olunur ki, koronavirusu yüngül keçirən xəstələrdə tez-tez baş ağrısı, burun tutulması olur və onlar iybilmə hisslərini itirirlər.