Koronavirusun ikinci dalğası olmayacaq, heç birincisi də olmayıb - Tanınmış rusiyalı həkim

Koronavirusun ikinci dalğası olmayacaq, heç birincisi də olmayıb - Tanınmış rusiyalı həkim
Tanınmış rusiyalı həkim-epidemioloq, hazırda Rusiya Dövlət Dumasının deputatı, akademik, professor Gennadiy Onişenko koronavirusun növbəti dalğası haqqında yayılmaqda olan şayələri şərh edib.

Professorun sözlərinə görə "ikinci dalğa olmayacaq, ona görə ki, heç birincisi də olmayıb”.

"Epidemiologiyada "dalğa” olmur. Dalğalar dənizdə, göldə, çayda olur. Epidemiologiyada isə "xəstəliyin epidemik artımı” kimi anlayış var. Koronavirusun epidemik artımı ilə bağlı müxtəlif fikirlər səslənir. Mənim fikrimə görə, hazırda cəmiyyətdə xəstəliyi keçirmiş və həmçinin koronavirusun gizli və ya simptomsuz daşıyıcılarının sayəsində aktiv şəkildə populyasiya immuniteti formalaşır. Bu çox yaxşı haldır.

Payız-qış mövsümündə koronavirus qriplə yanaşı olacaq. Lakin onun intensivliyi azalacaq. Koronavirus böyük təhlükə yaratmayacaq. Onun belə təhlükə yaratmaq üçün lazım olan xüsusiyyətləri yoxdur. Koronavirusun xəstə insandan sağlam insanlara keçmək xüsusiyyəti aşağı səviyyədədir (yəni sürətlə yayılmır – red.). İkincisi, koronavirus qrip kimi dəyişilmir. Qrip hər il dəyişilir və populyasiya immuniteti buna dözmür. Koronavirusun belə xüsusiyyətləri yoxdur. Koronavirus sadəcə epidemik prosesində digər viruslar kimi iştirak edəcək və heç bir fatal təhlükə yaratmayacaq” – həkim bildirib.

Həmçinin həkim bildirib ki, insanlar koronavirusla bağlı tətbiq olunan tədbirlərdən də müəyyən nəticələr çıxardacaqlar.

"Vaksindən istifadə isə (hazırda Rusiyada vaksin hazırlanıb və son sınaqlar gedir – red.) ən həssas əhalini (yaşlılar, xroniki xəstəlikləri olanlar) daha yaxşı qorumaq üçün imkan yaradacaq” – Onişenko bildirib.   

Saglamolun.az 

OXŞAR XƏBƏRLƏR

Koronavirusa qarşı yapon həkimdən METOD – Virus sizə yaxın gəlməyəcək

Bu resepti əslində yapon alimi 2015-ci ildə qrip epidemiyası zamanı tövsiyə etmişdi və bütün rus informasiya mənbələrində yayılmışdı. Koronavirusun da virus mən...

Niyə kivini səhər yeməyinə DAXİL ETMƏLİYİK?

 Çoxları bilmir ki, kividə C vitamini portağaldan iki qat yüksəkdir. Xoş rəng, xırtıldayan qara dənəciklər, şirəli, təravətli və turş ləti ağızda əriyir. T...

Azərbaycanlı həkimdən şad xəbər: Koronavirus yaxın vaxtlarda “yox” olacaq, — 1-2 ay...

Həkim professor Adil Qeybullanın sözlərinə görə, avqust ayında virusun zəifləməsi müşahidə olunacaq:   "Payız aylarının sonunda isə infeksiyanın ...

Bədəni daha güclü və sağlam edən MÜHÜM QAYDALAR

 Affirmasiya (lat. affirmatio - təsdiq etmə) - müəyyən qısa verbal ifadənin dəfələrlə təkrarlanması yolu ilə insanın təhtəlşüurunda tələb edilən obrazın, y...

Bu içkilər kökəlməyə yol açır

  İnsanda artıq çəkinin yaranmasına yol açan içkilərin adları açıqlanıb. Sfera.az xəbər verir ki,  mütəxəssislərin fikrincə, meyvə suları, kvas və q...

Ağrıkəsicidən 10 qat daha güclüdür - Bilmədiyimiz MÖCÜZƏ

 Dadına və rənginə vurulduğumuz gilas, sən demə ağrıkəsicilərdən 10 qat daha güclü imiş. Sfera.az xəbər verir ki, C vitamini sayəsində viruslara və b...