Koronavirusun daha öldürücü yeni mutasiyası – Azərbaycan üçün təhlükə varmı?
16:29 / 02.02.2021
2537
"Koronavirusun
minlərlə mutasiyası var, lakin üç növ var ki, onlar xəstəliyi daha da ağır
keçirməyə səbəb olur”.
Sfera.az
xəbər verir ki, bu sözləri Azərbaycan Həkimləri İctimai Birliyinin sədr
müavini, həkim-radioloq Aydın Əliyev bildirib. Həkimin sözlərinə görə
koronavirusun yeni mutasiyası daha çox yoluxdurucu olduğu üçün ağırlaşmaların
artdığını görəcəyik:
"B-117 mutasiyasının İngiltərədə aşkarlanmasının səbəbi
ölkədə virusların genom analizinin çox aparılmasıdır. Belə ki, İngiltərə bu
siyahıda birinci yerdə dayanır. Bugünkü tarixə qədər kornavirusla bağlı Böyük Britaniyada
140 minə yaxın genom analizi aparılıb. Ola bilsin ki, başqa ölkələrdə bu virus
İngiltərədən qabaq olub, amma sırf analizlərə görə ilk aşkarlanma yeri kimi Britaniya
götürülür.
Bundan başqa Cənubi Afrikada B-351 koronaviurusun
mutasiyası və son vaxtlarda Braziliyada P-1 və P-2 mutasiyası aşkar edilib. Əslində,
viruslar nə qədər çox sayda insandan-insana keçib, bölünüb çoxalırsa o qədər çox
mutasiyalar olur. Bəlkə də koronavirusun indiyədək minlərlə mutasiyası olub. Xəstəliyin
ağır keçməsində rol oynayan mutasiyalar isə bu sadaladığım üç növdür. Biz nə qədər
yaxşı qorunsaq və virusun insandan-insana keçməsi say etibarilə azalarsa, yeni
mutasiyalara da az rast gələrik.
Bildiyimiz kimi yeni mutasiyalar uşaqlarda,
yeniyetmələrdə də xəstəlik formasında təzahür edir. Yeni növ virus təbii proses
sayəsində sanki bir az daha təsirli olmağa başlayıb. Bəzi alimlər bildirir ki,
uşaqlarda yoluxma halı artsa da ölüm halında artım müşahidə olunmayıb. Lakin bu
düzgün yanaşma deyil. Çünki B-117 mutasiyanın yoluxulucuğu koronavirusadan daha
çoxdur və təbii ki, uşaqların daha çox virusa yoluxduğunu və ümumən toplumda ağırlaşmaların
say etibarilə artdığını görəcəyik. Bununla da müvafiq olaraq ölüm ehtimalı daha
çox olur. Ölkədə vaksinasiya hələ yeni başlayıb, kollektiv immunitet
formalaşmayıb. Bu baxımdan maksimum diqqətli olmalıyıq ki, cari vəziyyət daha
da ağırlaşmasın”.
Əzizə Zeynal