Koronavirusun bu mutasiyası digər növlərdən daha təhlükəlidir - XƏBƏRDARLIQ
13:19 / 18.11.2021
1042
İngiltərədə elm adamları koronavirusun immun sistemindən
yayınmaqda müvəffəqiyyətli olan "Delta” variantının ictimaiyyətə təsir etmək
üçün daha uyğun mutasiyalar əldə edə biləcəyindən ehtiyatlanaraq, yaxından izlənilməli
olduğu ilə bağlı xəbərdarlıq edib.
Sfera.az xəbər
verir ki, mütəxəxsislərin sözlərinə görə, "Delta” variantında "E484K” mutasiyası
var və bu mutasiya orqanizmin antikor reaksiyasından yan keçməsi ilə məşhurdur.
Böyük Britaniyada aparılan sınaqlar da göstərdi ki, tərkibində "E484K” olan
Delta variantı antikorların neytrallaşdırıcı təsirini azaldır.
İngiltərədəki son rəsmi məlumatlara görə, bu yeni növ yoluxmaların 6 faizini təşkil edir. Lids Universitetinin virusoloqu Dr Stephen Griffin bildirib ki, variantın üstünlüyü onun toxunulmazlıqdan yayınmasıdır və "E484K” ilə işləyən əlavə mutasiyalar əldə edərsə, ciddi problemə çevrilə bilər.
Əzizə Zeynal