Koronavirusun 15 əsas simptomu - Bütün ölkələrin həkimləri təsdiq edib

Koronavirusun 15 əsas simptomu - Bütün ölkələrin həkimləri təsdiq edib

Koronavirus simptomlarının hələ epidemiya başlayandan dəyişməsi və yeniləri əlavə olunması barədə müxtəlif ölkələrin həkimlərindən rəylər verirdi. 

Alimlər qeyd edir ki, çox mürəkkəb mutasiyaya uğramış koronavirus yayıldıqca sanki davranışını da dəyişir və daha çox gizli simptomlara keçir ki, insan bunu gec aşkarlasın.
 
Sfera.az medicina.az-a istinadən xəbər verir ki, artıq Çin, ABŞ, Avropada xəstələri müalicə edən həkimlərinin verdiyi rəylərə əsasən, təsdiqlənmiş 12 əsas simptomu təqdim edir.
 
Hazırda gənc insanlar arasında koronavirusun ilk simptomlarından biri qəribə də olsa burnun tutulub, qoxu bilmənin və dad bilmənin itməsidir. Yəni insan qoxuları hiss edir, dad reseptorları işləmir.
 
Diqqət, bunlara fikir verin:
 
1. Qoxu və dadbilmə hissiyatının azalması və tam itməsi
2. Burun selikli qişasının ya quruması, ya da zökəmi, yəni su axması, qıcıqlanması
3. Böğaz quruması, qıcıqlanması
 
4. Öskürək - əvvəlcə yuxarı tənəffüs yollarından qıcıqlanma ilə başlayıb bronxlara doğru enir
5. Ağciyərlərdə sıxılma, döş qəfəsində basqı, ağırlıq
6. Bədəndə süstlük, qripdəki kimi döyülmüş kimi hiss, əzələlərin ağrıması
7. Halsızlıq, kefsizlik, iştahsızlıq
 
8. Qarında, mədə hissədə ağrı, sancı, diareya, ishal
9. Ürəkbulanma, qusma
10. Titrətmə, üşütmə
 
11. Quru öskürək, ciyərlərdə küy
12. Qızdırma, 38-dən yuxarı və dərmanla salmaq olmur
13. Baş ağrısı
 
14. Gözlərin qıcıqlanması, yanması
15. Boğulma, nəfəs ala bilməmək, halsızlıq
 
 Bu əlamətlər birdən-birə yox, yoluxmadan təxminən 5-7 gün sonra tədricən başlayır.
 
Yaşından və immunitetindən asılı olaraq gənc və yaşlılarda dəyişə bilər. Ya əlamətlər yüngül və tədricən olur, ya da qəfildən ağırlaşır.
 
Uşaqlarda da koronavirus bu əlamətlərlə keçir
 
Əgər əlamətlərdən 3-5-ni eyni vaxtda hiss edib, xüsusən 1, 2,3,4-cü bənddəkilər başlayıbsa, o zaman özünüzü evdə bir otağa təcrid edərək, 103-ə "koronavirusdan şübhələnirəm" deyə çağırış edir, ailə üzvlərindən uzaq durub, adi isti su hər 15 dəqiqədən bir qəbul edirsiz. Sakitləşdirici də içə bilərsiz. Həkim gələnə kimi qızdırmanı salmayın, çünki bu əlamətləri gizlədə bilər.


OXŞAR XƏBƏRLƏR

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...

“Altsheymer”ə çarə axtaran, qlobal problemləri həll etmək istəyən “Sabahın alimləri” – Onlar kimdir?

Ötən həftə keçirilən “Sabahın alimləri” XIII Respublika müsabiqəsində uğurla iştirak edərək beş qızıl, bir gümüş medala sahib olan “Dünya&rdqu...

Devid Kemeron Türkmənistanda SƏFƏRDƏDİR

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Aşqabadda səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb. ...

Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri BAŞLADI - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.   Sfera.az xəbər verir ki...

Bayden bu gün Ukraynaya yardım layihəsini İMZALAYACAQ - Paketə həm də nələr daxildir?

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden Kiyevə silah tədarükünü bərpa etmək üçün Konqresin təsdiq etdiyi Ukraynaya yardım qanun layihəsini imzalayacaq.  ...

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...