Koronavirusu sürətlə yayan vasitə BƏLLİ OLDU

Koronavirusu sürətlə yayan vasitə BƏLLİ OLDU
 Yeni növ koronavirus həmçinin nəcis vasitəsilə yoluxdurula bilər.

Sfera.az xəbər verir ki, COVID-19-un artıq nəcis və sidik ifrazatı ilə də yayılması haqda fərziyələr dəqiqləşib.

Amerika Səhiyyə Assosiasiyasının jurnalında yayımlanan məqalədə deyilir ki, bəzi xəstələrdə ilk mərhələdə ishal və qusma halları müşahidə olunub. Qızdırma və öskürək qeydə alınmayıb.

Diareya (ishal) koronavirusu sürətlə yayan ikinci vasitədir. Hətta Çinin Uhan şəhərində ilk yoluxanların 10 faizi bu yolla daşıyıcıya çevrilmişdi. Lakin mütəxəssislər bu durumdan xəbərsiz olduqları üçün əsas diqqəti nəfəs və tüpürcəklə keçən koronavirusa yönəltmişdilər. Hətta Amerikada ilk yoluxan şəxs də virusu nəcis vasitəsilə yayıb.

Sauthempton Universitetinin mütəxəssisi Uilyam Kivil bildirib ki, COVID-19 nəcis və sidik ifrazatı ilə yoluxdurulur. Odur ki, tualet və hamamı maksimal şəkildə təmiz saxlamaq, havanı tez-tez təravətləndirmək vacibdir.

"Virusun orqanizmdən xaric olandan sonra nə qədər aktiv qalacağı haqda bilgimiz yoxdur. Həmçinin hansı temperaturda məhv olduğu məlumatına sahib deyilik. Odur ki, gigiyenik qaydalara əməl edin, tualetinizi təmiz saxlayın", - Toronto Universitetinin professoru Devid Fisman deyib. (publika.az)

OXŞAR XƏBƏRLƏR

Alimlər koronavirusu 25 saniyəyə məhv etməyin yolunu tapdılar - ŞAD XƏBƏR

  Ultrabənövşəyi şüalar COVİD 19-u zərərsizləşdirir. Sfera.az  xəbər verir ki, Boston universitetinin alimləri bu nəticəyə gəlib. "Rossiyskaya...

Yeni epidemiya sürətlə yayıldı - 872 nəfər...

  Bütün dünya koronavirusla mübarizə apararkən Sinqapurda denqe qızdırması yayılmağa davam edir. Sfera.az  xəbər verir ki, son 1 həftə ərzində 872, ...

Azərbaycanlıların yaşadığı bu kənddə koronavirusa yoluxanların sayı 75-ə çatdı - SON DƏQİQƏ

  "Bolnisi rayonunun Muşevani kəndinin (Dəllər) bütün sakinləri tibbi müayinədən keçirilib”.   Sfera.az xəbər verir ki, bunu Gürcüstanın Xəstəli...

Alimlərdən koronavirus haqqında SEVİNDİRİCİ PROQNOZ

 Amerikalı alimlər son 8 ildə qripin mövsümi olduğu qənaətinə gəlib. Bildirilib ki, bu səbəbdən də yayda COVID-19 pandemiyası dayanacaq. Statistikalar göst...

SON DƏQİQƏ! ABŞ testin nəticələrini elan etdi - Koronavirus kabusu sona çatır

 İnsanlar üzərində ilk dəfə yeni növ koronavirus peyvəndini sınaqdan keçirən ABŞ-ın "Moderna” şirkəti nəticələr barədə məlumat yayıb. Sfera.az xəbər ...

Koronavirus xəstələrinin başlıca ölüm səbəbi bilindi

 Şərqi İngiltərə Universitetinin mütəxəssisləri koronavirusdan ölənlərin ortaq xüsusiyyətlərini araşdırıblar.   Sfera.az xəbər verir ki, araşdırm...