Maraqlı

Koronavirusu məhv edən ilk vaksin hazırlandı

Koronavirusu məhv edən ilk vaksin hazırlandı
 İtaliya tədqiqatçıları dünyada koronavirusu məhv edə biləcək ilk vaksini hazırladıqlarını bildiriblər.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar qeyd ediblər ki, tezliklə vaksinin insanlar üzərində sınaqlarına başlamağı planlaşdırırlar. Vaksin artıq gəmiricilər üzərində testdən keçirilib. Alimlər siçanlara iynə vurduqdan sonra onlardan anticisimlər götürüblər. Laboratoriya sınaqlarının ilkin nəticələri göstərib ki, anticisimlər koronavirusun insan hüceyrələrinə yoluxmasını dayandırmağa müvəffəq olub.

Vaksinin hazırlanması ilə məşğul olan şirkətin başçısı bildirib ki, dərmanın genişmiqyaslı sınaqları cari ilin payızına planlaşdırılıb.

"Mən bildiyim qədər, biz dünyada koronavirusu zərərsizləşdirən ilk vaksini nümayiş etdirdik", - o əlavə edib.

Dünyada koronavirus qurbanlarının sayı 263 086 nəfərə çatıb, virusa yoluxan 1 285 591 nəfər sağalıb. COVID-19-a yoluxanların ümumi sayı 3,8 milyonu ötüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031