“Koronaviruslu xəstəni qəbul edə bilmərik, yer yoxdur...” – Xəstəxanalar “daş atıb, başını tutdu” (SORĞU)

“Koronaviruslu xəstəni qəbul edə bilmərik, yer yoxdur...” – Xəstəxanalar “daş atıb, başını tutdu” (SORĞU)

Koronavirusa yoluxan və xəstəliyi ağır keçirən şəxslərin xəstəxanalarda müalicə alması mütləqdir. Əks halda virusdan ölüm hallarının artacağı sirr deyil.

 

Mətbuatda və sosial şəbəkələrdə isə xəstəxanalarda yer olmadığı haqda həyacanlı xəbərlər dolaşır.

 

Maraqlıdır, bu iddialar nə dərəcədə doğrudur?


Sfera.az məsələnin nə yerdə olduğunu öyrənmək məqsədilə bir sıra dövlət və özəl xəstəxanalar arasında sorğu keçirib:



TƏBİB-in ictimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin məsləhətçisi Elnarə Baxış bildirdi ki, ölkə üzrə 46-dan çox xəstəxanada koronavirus xəstələri yerləşdirilir:


"Koronaviruslu xəstələr hazırda həm modul tipli xəstəxanalarda, həm də ümumi olaraq digər xəstəxanalarda yerləşdirilirlər. Respublika üzrə 46-dan çox xəstəxanada koronaviruslu xəstələr müalicə ala bilir. Poliklinikalarda xəstələrin yerləşdirilməsi ilə bağlı bizdə məlumat yoxdur".

Bakı şəhərində yerləşən bir çox poliklinika ilə əlaqə saxladıq. Demək olar ki, bütün poliklinikalarda cavab eyni oldu "Biz koronaviruslu xəstələri qəbul etmirik".


Mərkəzi Gömrük Hospitalı da artıq koronaviruslu xəstələri qəbul edə bilmir:

 

"Artıq xəstəxanada koronaviruslu xəstələr üçün ayrılmış bütün yerlər dolub, boş yer yoxdur. Bizdə xəstələr TƏBİB tərəfindən yerləşdirilir və müalicə pulsuzdur. Birbaşa olaraq bizim xəstələri qəbul etmək kimi səlahiyyətimiz yoxdur".

Bundan başqa TƏBİB-in də dediyi kimi xəstələrin yerləşdirildiyi dövlət xəstəxanası olan 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) zəng vursaq da gün ərzində telefon zənglərimizə cavab verən tapılmadı.

 

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasındanisə bildirdilər ki, xəstəxanada koronaviruslu xəstələri yerləşdirmək üçün şərait yoxdur. Əgər kimdəsə koronavirus aşkarlanırsa onu digər xəstəxanalara yönləndirirlər.


Modul tipli xəstəxana olan Bilgəh qəsəbəsindəki 28 saylı Bilgəh birləşmiş şəhər xəstəxanasında telefonu cavablayan şəxs isə yerin olub-olmaması ilə bağlı özü də xəbərsizdir: "Koronaviruslu xəstələr təcili tibbi yardıma müraciət edir, onlar da uyğun olacağı halda xəstəxanaya yerləşdirirlər. İndi xəstəxanada boş yerin olub-olmamasını isə bilmirəm".


 

 

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalındada artıq boş yer olmadığını dedilər: "Xəstələrin sayı barədə məlumat verə bilmərik, amma ümumilikdə qəbul dayandırılıb. Yeni xəstələrin qəbul edilməsi üçün boş yer yoxdur".

 

Bundan başqa"New Med", "Avrasiya", "Medical Plaza" və s. kimi bir çox özəl xəstəxanalarla da danışdıq. Lakin onlar da bildirdi ki, koronaviruslu xəstələri qəbul etmirlər və yalnız stasionar müalicə mümkündür.


Belə məlum oldu ki, koronavirusa yoluxan və xəstəliyi ağır keçirən şəxslər də indi evdə müalicə almaq məcburiyyətindədir. İndi TƏBİB-in hələ bir ay əvvəl "xəstəxanalarımız üçüncü dalğaya hazırdır” fikirləri isə yalnız acı gülüş doğurur.

 

 

Çalışın, yoluxmayın...

 

 

Sfera.az

Əzizə Zeynal

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...