“Koronavirusla qrip üst-üstə düşərsə...” – İnfeksionistdən AÇIQLAMA

“Koronavirusla qrip üst-üstə düşərsə...” – İnfeksionistdən AÇIQLAMA
Artıq payız mövsümüdür və COVID-19-la paralel olaraq qrip virusu da aktivləşir. Digər tərəfdən bir neçə ölkədə qriplə bağlı mütəxəssislər xəbərdarlıqlar ediblər. Hətta İngiltərədə bu il qripdən 60 minə yaxın insanın ölə biləcəyi açıqlanıb. 
 
Maraqlıdır, bir insan eyni anda həm koronavirusa, həm də qripə yoluxarsa nələr baş verər?

Bununla bağlı Sfera.az-a açıqlama verən infeksionist Nicat Əzimli qeyd edib ki, qrip və digər respirator infeksion xəstəliklərin COVID-19-la eyni vaxtda yoluxması halında yaranan simptomokompleksin diaqnostikada çətinlik yaratması mümkündür. 

"Lakin, həkim infeksionist üçün xəstəliklərin differensial diaqnostikasını aparmaq işin əsas hissəsidir. Digər tərəfdən orqanizmin 2 törədici ilə eyni vaxtda mübarizə aparması ağırlaşma ehtimalına təsir edə və sağalma müddətini gecikdirə bilər”, - deyə mütəxəssis qeyd edib.
Müsahibimizin sözlərinə görə,  bu halda da vaxtında və hər xəstəliyin özünə spesifik müalicə aparıldığı təqdirdə, nəticə əldə etmək mümkündür.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR