Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələri kartla ödəmək imkanı da yaradıldı

Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələri kartla ödəmək imkanı da yaradıldı
 

Əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə məqsədilə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərə ayrı-ayrı qurumlarla yanaşı, fərdi qaydada vətəndaşlardan da dəstək gəlir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı əsasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürənlər sırasında fiziki şəxslər də var. Yardımlar Azərbaycan Beynəlxalq Bankının "Mərkəzi” filialında Fond üçün açılmış bank hesabına köçürülür.

Fonda yardım etmək istəyən şəxslərin bundan ötrü bank filiallarına gəlmək ehtiyacını aradan qaldırmaq məqsədilə Azərbaycan Beynəlxalq Bankı "Həmrəy ol, qalib gələk” devizi altında köçürmələri onlayn qaydada aparmaq imkanı da yaradıb. Belə ki, vətəndaşlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrini bu link üzərindən istənilən yerli bankın ödəniş kartları vasitəsilə həyata keçirə bilərlər.

Tarixən xalqımıza xas ən gözəl xüsusiyyətlərdən olan xeyriyyəçilik ənənələrinə sadiq qalaraq ayrı-ayrı vətəndaşlarımızın da bu çağırışa qoşulması, Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım göstərməsi cəmiyyətimizdəki milli həmrəyliyin, dövlət – vətəndaş vəhdətinin daha bir nümunəsidir.

Fonda köçürülən vəsaitlər koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə və s. yönəldiləcək.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...