Koronavirusla bağlı populyar mif - Alimlər təkzib edir

Koronavirusla bağlı populyar mif - Alimlər təkzib edir
Virusa qarşı olan dərmanlar COVID-19 zamanı xəstəliyin ağırlıq və ölüm dərəcəsinə təsir etmir.

Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, müvafiq araşdırma "New England Journal of Medicine” jurnalında dərc olunub.

Bir qrup alim 30 ölkədəki 405 xəstəxanada COVID-19 xəstəsi olan 11 330 yetkin xəstədən alınan məlumatları və onların müalicə üsullarını, o cümlədən virusa qarşı dərmanlar - remdesivir, hidroksixloroxin, lopinavir və interferon beta-1a qəbul edib-etməmələrini təhlil edib. Məlumatları araşdırılan pasiyentlərdən 1 253-ü ölüb. 28 gün ərzində ölüm nisbəti 11,8 % təşkil edib.

Məlum olub ki, nəzarət qrupları ilə müqayisədə remdesivir qəbulunda ölüm əmsalı 0,95, hidroksixloroxində 1,19, lopanovirdə 1,00, interferonda isə 1,16 olub. Beləliklə, dərman istifadəsi praktik olaraq nəticə verməyib.

Alimlərin fikrincə, əldə etdikləri məlumatlar virusa qarşı maddələrin istifadəsinin ölümü, süni tənəffüs aparatına qoşulmağın başlanğıcını və ya xəstəxanada qalma müddətini azalda biləcəyi ilə bağlı fərziyyələri alt-üst edir.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...