Koronavirusla bağlı əlavə məhdudiyyət qüvvəyə mindi: “Kafe və restoranlar...”

Koronavirusla bağlı əlavə məhdudiyyət qüvvəyə mindi: “Kafe və restoranlar...”
Bu gündən etibarən Gürcüstanda kafe və restoranlar saat 23:00 əvəzinə saat 22:00-da bağlanacq.

Sfera.az xəbər verir ki, bu barədə qərarı Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.

Bununla yanaşı, qida obyektlərində pandemiya dövrünün tələblərinə əməl olunmasına ciddi nəzarət davam etdiriləcək.

Digər qərarla sentyabrın 2-də Batumidə futbol üzrə dünya çempionatının seçim mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan-Kosovo matçına tamaşaçılar buraxılmayacaq.

Qeyd edək ki, qonşu ölkədə ağır epidemioloji vəziyyət hökm sürür. COVID-19-a gündəlik yoluxma sayı 5-6 min təşkil edir, ölüm halları kəskin artıb.
 
(Bizim.Media)

OXŞAR XƏBƏRLƏR