Dünya

Koronavirusla bağlı daha bir təhlükə

Koronavirusla bağlı daha bir təhlükə
 

ABŞ-ın Kaliforniya universitetində koronavirusla bağlı araşdırma aparılıb.

Sfera.az  xəbər verir ki, araşdırmanın nəticələrinə görə məlum olub ki, koronavirus ağır zehni problemlər yaradır. Kaliforniya universitetinin alimləri müəyyən ediblər ki, COVİD-19-a yoluxan hamilə qadınların körpələrinin doğulduqdan sonra şizofren olma riski yüksəkdir. Alimlər bildiriblər ki, bunun qarşısını almaq üçün ana bətnində koronavirusa yoluxan körpələri müşahidə altına almaq və beyində yaranan xəstəlikləri incələmək vacibdir. Rusiyalı alimlər isə düşünür ki, koronavirus zehni xəstəliklərə yol açsa da bu ömürlük qalmayacaq. Moskva fizika və texnologiya institunun alimi Stanislav Otstavnoy qeyd edib ki, ''Bəzən ağır və uzunmüddətli infeksiyalarda qarabasma, illuziya, sayıqlama və bu kimi hallarla rastlaşırıq. Ancaq xəstə sağalarkən bu problemlər də keçib gedir. Əgər infeksiya mərkəzi sinir sistemini zədələməyibsə''. (ölkə.az)

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930