Koronavirusla bağlı Azərbaycan Ordusundakı durum açıqlandı

Koronavirusla bağlı Azərbaycan Ordusundakı durum açıqlandı
 "Koronavirus dünyəvi bir problemdir. Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusunda dərhal karantin tədbirləri həyata keçirildi, bütün şəxsi heyət - əsgərlər, zabitlər karantinə alındı, hərbi hissələrə giriş-çıxış məhdudlaşdırıldı. Hətta təminata gedən texnikalar dezinfeksiya olundu".

Sfera.az xəbər verir ki, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov "Real" televiziyasına müsahibəsində Azərbaycan Ordusunun pandemiya dövründəki fəaliyyəti, əsgərlərin səhhəti və döyüş ruhu ilə bağlı sualı cavablandırarkən deyib.

"Şəxsi heyət gün ərzində 3 dəfə termometriya edilir. Eyni zamanda bizim laboratoriyalarımız var və analizləri də özümüz aparırıq. Bu məsələdə bizə Dövlət Təhlükəsizliyi Xidməti böyük dəstək oldu. 

Ümumiyyətlə, Ali Baş Komandan orduda gedən prosesləri ciddi nəzarətdə saxlayır. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyeva da orduda gedən məsələləri ciddi nəzarətdə saxlayır, göstərişlər verir, dəstək olur. Pandemiya ilə mübarizədə də belə oldu. 

Şəxsi heyət arasında görülən tədbirlər nəticəsində xəstələnmə faktı yox idi, amma karantin tədbirləri yumşalandan sonra gediş-gəliş başladı və çağırış həyata keçirildi. Çağırışçılar arasında bir-iki fakt qeydə alındı", Z.Həsənov vurğulayıb. 

OXŞAR XƏBƏRLƏR

Prezidentdən karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA

 "Milyon nəfərə düşən testlərin sayına görə Azərbaycan lider ölkələr sırasındadır. Biz 160 mindən çox test keçirmişik. Əlbəttə, bu, xəstəliyin yayılma ocaq...

Azərbaycanda bu həftədən karantin rejimindən çıxış planı hazırlanacaq

 "Bu həftədən uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanacaq”. Sfera.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətini...

Nazirlər Kabinetinin növbəti iclası keçirildi

 Martın 19-da Nazirlər Kabinetində Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli ...

Naqif Həmzəyev: "Əhalinin sağlamlığının etibarlı qorunması ölkə prezidentinin hər zaman diqqət mərkəzindədir"

 "Dünyada tüğyan edən koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər dav...

İlham Əliyev və Ərdoğan razılığa gəldi: Sərhəd müvəqqəti bağlandı

 Azərbaycan və Türkiyə Prezidentləri arasında telefon əlaqəsi olub.     Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan d...

Hökumətin ölkədə COVID-19-u sıfırlamaq planları: Yalan məlumatlar virus qədər təhlükəlidir - ŞƏRH

  Dünyada yayılan və pandemiya halına gələn koronavirusla (COVID-19) əlaqədar Azərbaycan hökuməti hərəkətə keçib. Martın 13-də Nazirlər Kabinetinin yanın...