Koronavirusdan sonra yola salınacaq icra başçıları kimdir? - AZƏRBAYCANDA YENİLİKLƏR...

Koronavirusdan sonra yola salınacaq icra başçıları kimdir? - AZƏRBAYCANDA YENİLİKLƏR...
 

"COVID-19 pandemiyası tibbi sahədən çox siyasi və iqtisadi sahədə dəyişikliklərə səbəb olacaq. Bu dəyişikliklər qlobal oyunçuların dünya bazarını yenidən bölməsi və eyni zamanda dünya maliyyə bazarında bir sıra dəyişikliklərə gətirib çıxaracaq. ABŞ, Çin və Avropa İttifaqı koronavirusun mərkəzini təşkil edir. Güman edirəm ki, bu da təsadüfi deyil. Baxmayaraq ki, bu ölkələrin səhiyyə sistemi kifayət qədər inkişaf edib, lakin elə səhiyyəsi və vətəndaşları ən çox əziyyət çəkənlər də onlardır".

Bunu Redaktor.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi şərhçi Zaur Məmmədov deyib. O bildirib ki, Azərbaycan dövləti pandemiyanın yaratdığı böhrandan asanlıqla çıxa biləcək:

"Azərbaycanda 2018-ci il prezident seçkilərindən sonra siyasi-iqtisadi, eləcə də kadr dəyişikliklərinin şahidi olduq. Koronavirusa qədər həyata keçirilən bu islahatların bir müddət sonra yenidən davam edəcəyi gözlənilir. Təsadüfi deyil ki, bununla bağlı prezident də bir neçə gün əvvəl keçirdiyi müşavirədə anons verdi. Bu dəyişikliklər nəticəsində regional idarəetmədə yeniliklərin şahidi olacağıq. Çox güman ki, yerlərdə olan icra hakimiyyətlərində kadr dəyişiklikləri baş verəcək".
İqtisadçı ekspert Natiq Cəfərli isə pandemiyanın səbəb olduğu mövcud iqtisadi problemlərin aradan qaldırılması istiqamətində ən vacib addım olaraq, statistik sistemin normal şəkildə qurulmalı olduğunu vurğulayıb: 
"Ciddi iqtisadi problemlər Azərbaycana ikiqat təsir edir: həm neft qiymətləri, həm də iqtisadiyyatın digər sahələrinin - xidməti və turizm kimi sahələrin tamamilə durğunlaşması. Ona görə də Azərbaycanda yeni bir konfiqurasiyaya ehtiyac yaranıb. Ölkəmizdə idarəetmənin təkmilləşdirilməsi, daha rasional, çevik və doğru qərarların verilməsinin zamanı yetişib. Bununla bağlı statistik göstəricilər siyasiləşməməlidir. Prezident müşavirədə də qeyd etdi ki, statistika çox zaman reallığa uyğun gəlmir. Bu, əsas dərslərdən biri olmalı və normal statistik sistem qurulmalıdır. Normal statistika olmadığı halda iqtisadiyyatın diaqnozunu bilmək olmur. Diaqnoz düzgün qoyulmadıqda isə, düzgün müalicə üsulu tapmaq çətin olur". 

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...