Koronavirusdan sağalanlar yeni mutasiyalara yoluxa bilər - Həkimdən XƏBƏRDARLIQ

Koronavirusdan sağalanlar yeni mutasiyalara yoluxa bilər - Həkimdən XƏBƏRDARLIQ
Yay mövsümü yaxınlaşdıqca turizm, başqa ölkələrə səyahət məsələsi də aktuallaşır. Ancaq xəstələnib sağalan insanlar səyahət zamanı koronavirusun yeni mutasiyalarına yoluxmaqdan ehtiyyat edirlər. 
 
Bəs, bu narahatlıqların əsası varmı? COVID-19 olub sağalan şəxs yeni mutasiyalara yoluxa və xəstəliyi ağır keçirə bilərmi?

Mövcud sual ətrafında Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov immunoqlobulin sayının belə məqamlarda önəmli olduğunu bildirib:

"Əgər COVID-19-a yoluxmuş şəxsdə immunoqlobulin yüksəkdirsə, onda yeni mutasiyaya yoluxma ehtimalı cüzi olur. Bu vəziyyət vaksin olunmuş şəxsdə də belədir. Yəni koronavirus əleyhinə peyvənd olunan şəxsin yeni ştammlara yoluxma riski aşağıdır. İnsanda immunitet formalaşıbsa, immunoqlobulin G yüksəkdirsə, o zaman yoluxma 0-a bərabər olur. Lakin bədən immunoqlobulini aşağı olan şəxslər yeni növ ştammlara yoluxa bilər. Bu baxımdan immunoqlobinin sayını öyrənmək mühümdür". 

R.Əliyev yeni ştamma yoluxan şəxslərin xəstəliyi hansı şəkildə keçirməsindən də danışıb:

"COVID-19 xəstəliyini keçirib, yeni ştamma yoluxan şəxslərdə xəstəliyin inkişafı yenə immunoqlobinin bağlı olan məsələdir. Yəni immunoqlobinin sayı bədəndə normal olarsa, bu zaman xəstəlik də yüngül keçir, əks halda isə şəxs xəstəliyi ağır keçirəcək. Bu baxımdan xüsusilə səyahət etməzdən əvvəl insanların müayinə olunması yaxşı olardı". 

Əzizə Zeynal
Sfera.az 



OXŞAR XƏBƏRLƏR

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...