Koronavirusdan sağalanlar bu xəstəliyə yoluxa bilər – Bu əlamətlər varsa...

Koronavirusdan sağalanlar bu xəstəliyə yoluxa bilər – Bu əlamətlər varsa...

"Koronavirusun yeni ştamları əvvəlkilər kimi ürəklə bağlı problemlərin yaranmasına səbəb ola bilər”.


Bunu Sfera.az-a açıqlamasında infeksionist Sədrəddin Soltanov deyib. Həkim koronavirusdan sağaldıqdan sonra infarkt riskinin yüksək olduğunu bildirib:


"İstər COVID-19-un ilkin variantları, istərsə də sonra yaranan mutasiyalarla bağlı təcrübə göstərdi ki, koronavirus xəstəliyi ürək əzələlərinə zərər verə və ürək funksiyalarına təsir göstərə bilər. Bununla yanaşı koronavirus infeksiyası damarların daxili səthlərinə də təsir edir ki, bu da damarların daxili səthlərinin iltihabına və damar daxilində tromb yaranmasına səbəb olur. Bu isə öz növbəsində damar tıxanıqlığına və miokard infarktı kimi halların yaşanması ilə nəticələnə bilir. Bundan əlavə, mutasiyalar müxtəlif növ aritmiyalara, yəni ürək ritminin pozulması və digər ürək xəstəliklərinə də gətirib çıxara bilir”.


İnfeksionist yoluxmadan sonra müşahidə edilən tənginəfəsliyin ürəklə bağlı problemin olmasından, eyni zamada digər xəstəliklərdən xəbər verdiyini deyib:


"Yoluxmadan sonra bir çoxları təngnəfəslik, sinə ağrısı, ürəkdöyünmələrinin artmasından narazılıq edir. Bu problemlər uzun müddətli hərəkətsizliyin və yataq rejiminin nəticəsi də daxil olmaqla digər faktorlardan qaynaqlana bilər. Lakin unutmaq olmaz ki, xəstəlik keçirdikdən sonra bu simptomların azalmaması və ya artması halında mütləq şəkildə həkimə müraciət etmək lazımdır”.


Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...