Koronavirusdan sağalan insanlara da vaksin vurulacaq?
12:14 / 16.01.2021
3321
"Vaksin bir insana iki dozada vurulur. "Sinovac” şirkətinin regional nümayəndəsi vasitəsilə 4 milyon doza almışıq. Azərbaycana hələ bunun az bir hissəsi gətirilib, onlar istehsal etdikcə qalanları da gətiriləcək".
Sfera.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.
"Çoxtərəfli platformada isə əhalinin 10 faizi, yəni 1 milyon adam üçün 2 milyon doza alınması ilə bağlı müqavilə imzalanıb. Əlavə olaraq 10 faiz də artırmaq imkanımız var”, - deyə ŞMövsümov qeyd edib.
O bildirib ki, virusa yoluxub sağalan insanlara vaksin vurulmur: "Çünki onlarda artıq immunitet var”.