Koronavirusdan qorunmağın yeganə yolu budur — Baş infeksionist AÇIQLADI

Koronavirusdan qorunmağın yeganə yolu budur — Baş infeksionist AÇIQLADI
 "Koronavirus epidemiyasına yoluxma hallarının qarşısını almağın yeganə yolu qaydalara riayət etməkdir. Əks təqdirdə xoşagəlməz hallarla rastlaşacağıq”.
 

Bunu "Ölkə.Az”a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, hava, damcı yolu ilə yayılan infeksiyalarla ancaq, maska taxıb, sosial məsafə qoruyub, izolyasiya qaydalarına əməl etməklə effektiv mübarizə aparmaq olar.

"Lakin bir qisim insanlarda infeksiya olmasına baxmayaraq, onlar bunu hiss etmirlər və əhali arasında dolaşaraq, xəstəliyi yayırlar. Son günlərdə virus sürətlə yayılmasının da səbəbi budur. Odur ki, insanlar maska taxıb, sosial məsafə saxlasalar yaxşı olar. Xəstəliyin əlamətlərini və ya narahatçılıq hiss edənlər dərhal həkimə müraciət etməlidir. Ancaq bizim vətəndaşlarımız 3-4 gün xəstə halda gəzib, ətrafdakılarını yoluxdurur, özünün də səhhəti ağırlaşanda həkimə müraciət edir. O zaman da gec olur. İnsanlarımız çox səhlənkarlıq edirlər”- deyə C.İsayev deyib.

İctimai nəqliyyatda yaranan sıxlıqlara toxunan Baş infeksionist bildirib ki, əhali yeri gəldi-gəlmədi bir bahənə edərək ictimai nəqliyyatla qohumugilə, ya gəzməyə, yaxud da marketə gedir:

"Epidemiya dövründə belə hərəkətlər yolverilməzdir. Bu, bizim vətəndaşlıq borcumuzdur. Özümüzü, ətrafdakılarımızı düşünməliyik. Bilməliyik ki, artıq xəstəxanlarda da, reanimasiyalarda da yerlər azalır. Bunları nəzərə alıb daha məsuiyyətli addım atmalıyıq”.



OXŞAR XƏBƏRLƏR

Litva XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı MÜSBƏT QİYMƏTLƏNDİRDİ

Litva Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını müsbət qiymətləndirir.   Sfera.az xəbər verir ki, bu barədə L...

Prezident: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik"

Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İl...

Uşaq ölümlərinin əsas səbəbi AÇIQLANDI - STATİSTİKA

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) uşaq ölümlərinin və yaralanmalarının yarısı partlayıcı maddələrdən qaynaqlandığını açıqlayıb.   ...

Azərbaycan Prezidenti: "Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib"

Dayanıqlı inkişaf və enerji ilə bağlı. Düşünürəm ki, iqtisadi göstəricilərimiz və sosial proqramlarımız bunu aydın şəkildə göstərir. Neft və qaz gəlirləri işsiz...

İlham Əliyev: "Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir"

Gənc nəslin təhsilinə gəldikdə, biz bu sahədə çalışırıq. Bu, bizim əsas prioritetlərimizdən biridir.   Sfera.az-ın məlumatına görə, bu sözləri P...

Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünəndən etibarən ABŞ-da Azərbaycan rəsmilərinə qarşı sanksiyalar məsələsinin gündəmə gəlməsi içimizdəki satqınların da absurd iddialarına yenidən start vermələ...