Koronavirusdan ölənlərin cəsədləri küçələrdə yandırılır - FOTOLAR

Koronavirusdan ölənlərin cəsədləri küçələrdə yandırılır - FOTOLAR
Dünən Hindistanda 323 144 yoluxma faktı aşkar edildikdən sonra ümumi xəstə sayı 17 636 307 nəfərə yüksəlib.
 
Sfera.az xəbər verir ki, son 24 saatda COVID-19 səbəbilə 2771 insanın həyatını itirdiyi ölkədə gündəlik itki sayı epidemiyanın başladığı gündən bəri ən pik həddə çatıb. 

Hindistanın dövlət rəsmilərindən birinin Tvitterdə paylaşdığı videolarda koronavirusdan həyatını itirən şəxslərin cəsədlərinin yandırılmaq üçün uzun növbə şəklində düzüldüyü görülür. 

Paytaxt Yeni Dehlidə yerləşən Sarai Kale Han adlı məkanda cəsədlər yüksək temperaturda yandırılır. Burada artıq 27 yeni platformanın inşa edildiyi və ətrafdakı parka da əlavə 80 platformanın tikildiyi bildirilir.

Məkanda xidmət göstərən zabitlərin səhərdən axşamadək çalışdıqları və hazırda daha çox platformaya ehtiyac duyulduğu qeyd edilib.

Digər tərəfdən, oksigen təchizatı və tibbi təchizat cəhətdən əziyyət çəkən Hindistan üçün qlobal yardım səfərbərliyi başlayıb. Yardıma Böyük Britaniya və Fransa qoşulub, Türkiyə isə dəstək olmağa hazır olduğunu açıqlayıb.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...