Koronavirusdan ölənin sevgilisinə yazdığı son mesaj: “ƏLBƏTTƏ GÖRÜŞƏCƏYİK...”
15:52 / 29.03.2020
10055
Koronavirusdan dünyasını dəyişən 47 yaşlı Uels sakini Tim Galley istəklisinə ölümündən bir qədər əvvəl onunla görüşəcəyini vəd edib.
Sfera.az xəbər verir ki, xəstəliyin ilk əlamətlərini hiss edən Tim Galley evdə qalıb və sevgilisi Donnanı görməyi dayandırıb. Məsləhətə baxmayaraq Tim həkimləriçağırmaqdan və onları "daha vacib məsələlərdən" yayındırmaqdan imtina edib. Onun vəziyyəti getdikcə daha da pisləşib.
Bazar ertəsi günü Donna təcrid olduğu üçün uzun müddət bir-birlərini görməyəcəklərindən peşman olduğunu yazıb. Tim isə ona son mesajında "ağılsız olma, əlbəttə görüşəcəyik” sözlərini yazıb.
Bu mesajdan sonra Tim Galley zənglərə cavab verməyi dayandırıb və ertəsi gün bir qonşusu onun cəsədini yataqda tapıb.