Koronavirusdan ölən milyonçunun qohumları arasında miras qovğası başlayıb

Koronavirusdan ölən milyonçunun qohumları arasında miras qovğası başlayıb
Koronavirusdan ölən milyonçu Oleq Burlakovun bir sıra əşyaları oğurlanıb.

 

 

Sfera.az bildirir ki, "Lapino" Klinik Xəstəxanasında koronavirus infeksiyasından qəflətən dünyasını dəyişən milyonçunun qohumları arasında miras uğrunda gedən şiddətli mübarizə artıq cinayət müstəvisinə keçib.


Bildirilir ki, milyonçunun dul xanımı ilə qızları vəkilləri vasitəsilə iyulun 23-də Rusiyanın daxili işlər nazirliyinin Moskva vilayətinin Odintsovo şəhər dairəsindəki idarəsinə şikayət ərizəsi təqdim ediblər. Onlar Burlakovun bacısı Vera Kazakova iləqızı Svetlananı dələduzluqda günahlandırırlar.

Milyonçunun varisləri onun doğma bacısının və bacısı qızının hərəkətlərini yoxlamağı tələb edib. Onların iddiasına görə, Burlakovun ölümündən dərhal sonra beş smartfon, "Louis Vuitton” markasından olan dəri çanta və Burlakovun şəxsi qeyd dəftərçəsi yoxa çıxıb.


İddia edilir ki, çanta mərhumun xəstəxanaya yerləşdirilmədən öncə qaldığı "Interkontinental" otelindəki otağından oğurlanıb.

 

Həmçinin, mərhumun müalicə olunduğu xəstəxanadan milyonçunun bacısı və bacısı qızına verilən 4 ədəd "iPhone”, bir ədəd "Samsung” telefonu və içərisində nağd pul olan pulqabı da ortada yoxdur.


Burlakovun qohumlarının xəstəxanaya iş adamının ölümündən sonra hüquqi qüvvəsini itirmiş etibarnamə ilə gəlməsi diqqət çəkir. Bundan əlavə, Burlakovun həkiminin dediyinə görə, milyonçunun bacısı qızı ona verilən əşyaların siyahısını tərtib etməkdən və qəbz imzalamaqdan imtina edib.

 

Vərəsələrin vəkilinin fikrincə, qadının sənədi imzalamamasının yeganə səbəbi öz qanunsuz hərəkətlərini mərhumun həyat yoldaşından və uşaqlarından gizlətməkdir. Vəkil əmindir ki, Burlakov vəsiyyətnamə qoymadığı üçün həyat yoldaşı Lyudmila Burlakova, eləcə də onların ortaq qızları Veronika ilə Yelena mərhumun əsas varisləridir.


O, həmçinin ailənin şəxsi arxivindən götürülmüş video və fotoşəkillərin gözlənilmədən Teleqram kanallarıdan yayımlanmasından da şikayətlənib.


Xatırladaq ki, bundan əvvəl yaxınları arasında mərhumun cənazəsi uğrunda da şiddətli mübarizə gedib. Son nəticədə, Burlakov pravoslav adəti ilə Kanadada dəfn edilib.


 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR