Koronavirusdan ölən 9-cu sinif şagirdi ilə bağlı açıqlama: “Sağlam idi, başqa xəstəliyi yox idi...”

Koronavirusdan ölən 9-cu sinif şagirdi ilə bağlı açıqlama: “Sağlam idi, başqa xəstəliyi yox idi...”
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində koronavirusa yoluxmuş 9-cu sinif şagirdi xəstəxanada vəfat edib.

Belə ki, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.

Məktəbli oktyabrın 11-də, Bakıdakı klinikaların birində aparılan müalicə tədbirlərinə baxmayaraq vəfat edib.

Sözügedən təhsil müəssisəsindən Sfera.az-a verilən məlumata görə, şagirddə yanaşı xəstəlik olmayıb:

"Kamil Əsgərovun valideyinləri də bildirir ki, onda başqa xəstəlik olmayıb. Digərləri kimi o da sağlam, normal uşaq idi. Xəstələndikdən sonra vəziyyəti ağırlaşıb və dünyasını dəyişib. Hələ ki, məktəbdə distant təhsilə yalnız onun oxuduğu sinif keçib. Digər siniflər ənənəvi qaydada tədrisi davam etdirir”.
 
Əzizə Zeynal
 
 

OXŞAR XƏBƏRLƏR

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...