Koronavirusdan ilan vasitəsilə qorunan şəxs marağa səbəb oldu - FOTO

Koronavirusdan ilan vasitəsilə qorunan şəxs marağa səbəb oldu - FOTO
 Britaniyalı kişi koronavirus pandemiyası zamanı karantin tədbirlərinə riayət etməyin orijinal üsulunu tapıb. Belə ki, o, maska əvəzinə boğazına ilan dolayıb gəzir.
 
Yayılan görüntülərdə üzünə maska taxmaq əvəzinə boğazına ilan dolamış kişinin avtobusda əyləşdiyi görünür.

Avtobusun şoka düşmüş sərnişinləri isə qorxudan kişiyə yaxınlaşa bilməyiblər, beləliklə kişi eyni anda iki hədəfinə çatıb: ilan onun həm maskası olub, həm də sosial məsafəyə şərait yaradıb.
 
(oxu.az)

OXŞAR XƏBƏRLƏR