Koronavirusdan həmişəlik sağalmaq mümkündürmü? - Məşhur alim AÇIQLADI

Koronavirusdan həmişəlik sağalmaq mümkündürmü? - Məşhur alim AÇIQLADI
 Rusiya Səhiyyə Nazirliyinin baş pulmonoloqu, tibb elmləri doktoru və Rusiya Elmlər Akademiyasının müxbir üzvü Sergey Avdeyevin sözlərinə görə, heç bir əlaməti olmayan COVID-19 xəstələrinin əksəriyyətində ağciyərlər ümumiyyətlə heç bir zərər görmür.

Sfera.az xəbər verir ki, ekspert xəstələrin çoxunun virusdan əbədi müalicə oluna bildiyini qeyd edib.

"Bəli, ağır sətəlcəmdən, xüsusilə də kəskin tənəffüs çətinliyi sindromundan sonra nəticələr həqiqətən də ciddi ola bilər. Bu süni nəfəs aparatının zəruri olduğu kəskin tənəffüs çatışmazlığıdır. Ancaq bir insanın xəstəliyi asimptomatik hala gəlibsə, bunun nəticələri barədə demək çətindir ", - deyə Avdeyev bildirib.

Əlavə edib ki, həkimlər və elm adamları bunlarla məşğul olmalı və lazımi müayinələr aparılmalıdır: "Lakin indi aydındır ki, koronavirusla uğurla mübarizə aparmaq mümkündür".

Mütəxəssisin fikrincə, koronavirusdan sağalmaq mümkündür. O, "Sağalan insanların ağciyərlərində fəsadlar qalırmı?" sualına isə belə cavab verib:

"Açıqlamalar verməzdən əvvəl araşdırma aparmaq lazımdır. Bunu iddia edən "mütəxəssislərə" sözlərini təsdiqləyən bir növ eksperimental məlumatları və ya analiz nəticələrini təqdim etməyi məsləhət görərdim. Düşünürəm ki, bu gün heç kimdə belə nəticə yoxdur. Odur ki, COVID-19 infeksiyasından sonra ortaya çıxacaq bəzi ciddi nəticələr barədə danışmaq hələ tezdir".

Həkim onu da vurğulayıb ki, bu günə qədər bunu sübut edilmiş faktlar deyil, fərziyyə və əsassız iddialar adlandırmaq olar. Sətəlcəm də daxil olmaqla hər hansı ciddi xəstəlikdən sonra kəskin nəticələr ola bilər.

"Kəskin tənəffüs çatışmazlığı ağciyərlərin süni havalandırılmasını tələb edən ciddi ağciyər zədələnməsinə səbəb ola bilər" deyən ekspert bunun əksər hallarda uğurla müalicə olunduğunu xatırladıb. (publika.az)

OXŞAR XƏBƏRLƏR

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...