Koronavirusa yoluxub evdən çıxan 8 nəfər saxlanıldı

Koronavirusa yoluxub evdən çıxan 8 nəfər saxlanıldı
Azərbaycanda koronavirusa yoluxduğu halda ictimai yerlərə çıxaraq virusun yayılmasına səbəb olan bir neçə şəxs saxlanılaraq barələrində cinayət işi başlnaılıb.

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini, Orxan Orucovun ev şəraitində müalicə almasına baxmayaraq, təsərrüfatına baş çəkmək üçün yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib. 

Qubada karantin postunda xidmət aparan polis əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar. Araşdırmalarla həmin şəxsin rayonun Amsar kənd sakini Süleyman Mütəllimov olduğu müəyyən edilib. S.Mütəllimov qaydaları pozaraq Qusar rayonuna gedmək istəyib. 

Koronavirusa yoluxmuş Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırova da Quba rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar. 

Koronavirus pandemiyasına yoluxmuş Tərtər rayon sakini M.Əliyev yaşadığı ünvanı tərk edərək rayon ərazisində aşkar olunub.
Xaçmaz rayon sakini Eldosi Quliyev COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Ağcabədidə 2 nəfər rayon sakini – H. Rzayev və F. Muradova koronavirus pandemiyasına yoluxmaqlarına baxmayaraq yaşadıqları ünvanı tərk edərək karantin rejiminin tələblərini kobud şəkildə pozduqları müəyyən edilib. 

Polis əməkdaşları tərəfindən həmin şəxslər dərhal müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvana göndərilib. 

Onlar barəsində müvafiq RPŞ-lərdə Cinayət  Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə canyət işi başlanıb, faktla bağlı araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...