Koronavirusa yoluxmuş xəstələrə bu qidaları yemək qəti olmaz – Həkimdən açıqlama

Koronavirusa yoluxmuş xəstələrə bu qidaları yemək qəti olmaz – Həkimdən açıqlama
Koronavirus pandemiyası demək olar ki, bütün dünyanı əhatə edib. Vəziyyət hər gün daha da pisləşir, COVİD-19-un yayılması sürətlə artır. Görünür şəxsi sağlamlığımız üçün özümüz məsuliyyət daşımalı olacağıq.

Həkimlərin bu gün üçün tövsiyəsi lazımi təhlükəsizlik tədbirlərinə riayət etmək, qoruyucu maska taxmaq, sosial məsafəyə və gigiyena qaydalarına əməl etməkdir. Pandemiya şəraitində güclü immunitet son dərəcə vacibdir, bu da əsasən sağlam həyat tərzindən və qidalanmadan asılıdır.

Bəs koronavisrusa yoluxan şəxs necə qidalanmalıdır, rasiyonundan hansı qidaları çıxarmalıdır?

Bu barədə hazırda koronavirus infeksiyasına yoluxan xəstələrlə işləyən allerqoloq-pulmonoloq Ramin Nəriman danışıb.

Həkimin sözlərinə görə, Covidli xəstələrə turşu, duzlu, istotlu, yəni qıcıqlandırıcı qidalar, o cümlədən sarımsaq, çiy soğan olmaz:

"Süd, doşab məsləhət deyil. Süd bəlğəm əmələ gəlməni artırır. Doşab isə qıcıqlandırıcıdır, öskürəyi artıra bilir. Təbii ki, çoxlu maye qəbul olunmalıdır, çoxlu turş olamayan meyvələr yemək lazımdır.

Bu dönəmdə insanlar portağal və nar şirəsinə üstünlük verirlər. Ancaq bilmək lazımdır ki, portağal qan durulducu deyil, sadəcə C vitamini ilə zənginidr. Nara gəldikdə isə uzun müddət istifadə etdikdə bir balaca qan durulaşdırıcı effekti ola bilər. Bu gün həkimlərin Covid xəstələrinə təyin etdiyi Kleksan iynəsi belə Covid xəstələrində qanlaxtalanmanın qarşısın ala bilmirsə, nar şirəsi koronavirusa nə edəcək ki? Əksinə bu xəstələrdə mədə-bağırsaq qıcıqlanmış olur, mədədə turşuluq artmış olur. Turş meyvləri istifadə edən Covid xəstələri mədəsində yanğı hiss edir. Digər tərəfdən də koronavirus əlehinə olan dərmanların özləri mədəni qıcıqlandırır. Koranavirus özü mədəni zədələyir. Ona görə də turş meyvələr istifadə edən zaman xəstələrin vəziyyəti daha da pisləşir. Həmçinin nar təzyiqi sala bilər”

Sitrus və digər meyvələri xəstəliyə tutulmamış qəbul etmək və immuniteti güclü saxlmaq lazımdır.
(qadınklubu.com)

OXŞAR XƏBƏRLƏR

Sabah 31 dərəcə İSTİ OLACAQ

Aprelin 25-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə AZALIR

Qlobal texnologiya bazarı üzrə araşdırma aparan “Counterpoint”in məlumatına görə, Çində “Apple”nin məhsullarına tələb xeyli azalıb. ...

Sadır Japarov Azərbaycana dövlət səfərinə GƏLDİ - YENİLƏNDİ

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.   Sfera.az xəbər verir ki, hər iki ölk...

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...

“Altsheymer”ə çarə axtaran, qlobal problemləri həll etmək istəyən “Sabahın alimləri” – Onlar kimdir?

Ötən həftə keçirilən “Sabahın alimləri” XIII Respublika müsabiqəsində uğurla iştirak edərək beş qızıl, bir gümüş medala sahib olan “Dünya&rdqu...

Devid Kemeron Türkmənistanda SƏFƏRDƏDİR

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Aşqabadda səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb. ...