Koronavirusa yoluxmuş sabiq deputatı Bakıdan Türkiyəyə apardılar - SON DƏQİQƏ!

Koronavirusa yoluxmuş sabiq deputatı Bakıdan Türkiyəyə apardılar - SON DƏQİQƏ!
 
"Hazırda müalicələrim davam edir. Ümid edirəm ki, tezliklə sağalacağam”.

Sfera.az  xəbər verir ki, bu fikirləri Modern.az-a sabiq deputat Mirzəcan Xəlilov deyib

Sabiq deputat koronavirus xəstəliyini ağır keçirdiyini də bildirib:

"Xəstəliyi bir qədər ağır keçirirəm. Koronavirus xəstəliyi aşkarlananda Tibb Universitetinin klinikasına yerləşdirilmişdim. Ancaq səhhətimdə irəliləyiş olmadığından Türkiyəyə aparılmağı məsləhət gördülər. Hələlik burada müalicə alıram”.

Qeyd edək ki, M.Xəlilov 2015-2020-ci illərdə 41 saylı Sumqayıt birinci seçki dairəsindən V çağırış Milli Məclisin üzvü olub.

OXŞAR XƏBƏRLƏR