Koronavirusa yoluxma və ölümlər: Hansı ölkələr liderdir – SON STATİSTİKA

Koronavirusa yoluxma və ölümlər: Hansı ölkələr liderdir – SON STATİSTİKA

Ötən il meydana gələn Covid-19 böhranı, artıq yarıladığımız 2020-ci ilin ən yaddaqalan hadisəsi oldu. Bir neçə ay ərzində bütün dünyaya yayılan virus rəsmi məlumatlara görə 8 milyon 300 mindən çox insana yoluxub və bütün dünyanın düzənini pozub. Covid-19 –dan dünya üzrə can itkisi 450 mini keçib.


Sfera.az xəbər verir ki, iyun ayının 18-ə olan məlumata görə, yoluxanların sayına görə ABŞ dünyada birinci yeri tutur, bu ölkədə 2 milyon 163 min insan virusa yaxalanıb. İkinci yeri 955 min yoluxma sayı ilə Braziliya, üçüncü yeri 560 min yoluxma sayı iləRusiya, 4-cü yeri isə təqribən 367 min yoluxma sayı ilə Hindistan tutur.

 

Koronavirusdan ölüm sayı hansı ölkədə neçə faizdi?


Covid-19-dan ölüm sayına görə, ən yüksək göstərici Belçikada (təxminən 16.1 faiz) müşahidə olunur. Belçikanı 15,2 faizlə Fransa və 14.5 faizlə İtaliya təqib edir.

 

Türkiyədə isə yoluxma sayının ölüm sayına nisbəti 2,7 faiz səviyyəsindədir. Bu göstərici ilə Türkiyə bir çox Avropa ölkəsi və ABŞ-dan geridədir.

 

Con Hopkins Universitetinin məlumatına görə, bəzi ölkələrdə yoluxma sayına nisbətdə ölüm sayı bu şəkildədir:


ABŞ: %5,4

Belçika: %16,1

Brazilya: %4,9

İspaniya: %11,1

İtaliya: %14,5

Hindistan: %3,3

Almaniya: %4,7

İngiltərə: %14,1

Fransa: %15,2

Çin: %5,5

Rusiya: %1,4

Türkiyə %2,7


Dünya üzrə isə yoluxma sayına nisbətdə ölüm sayı 5,4 faizdir.


Əlbəttə bu rəqəmlərə ehtiyatla yanaşmaq lazımdır. Epidemiya mütəxəssisləri "həqiqi yoluxma” sayının məlum olmadığını diqqətə çatdıraraq, əslində Covid-19-dan ölüm nisbətinin rəsmi rəqəmlərdən daha aşağı olduğunu təxmin edir.

 

Bəs əhali sayına nisbətdə COVİD-19-un təsirinə ən çox məruz qalan ölkələr hansılardır?


Digər tərəfdən, bir milyondan çox əhalisi olan ölkələr arasında əhalisinin sayına nisbətdə ən çox itki verən 0,14 faizlə Belçikadır.


Belçikanı 0,06 faizlə İngiltərə, İspaniya və İtaliya təqib edir. Türkiyədə isə əhali sayına nisbətdə can itkisi 0,01 faizdir.

 

 

ABŞ: %0,04

Belçika: %0,08

Brazilya: %0,02

İspaniya: %0,06

İtaliya: %0,06

Hindistan: %0,0009

Almaniya: %0,01

İngiltərə: %0,06

Fransa: %0,04

Çin: %0,0003

Rusiya: %0,01

Türkiyə %0,01

 

 

Selcan

Sfera


OXŞAR XƏBƏRLƏR