Koronavirusa yoluxma sayı artdığı üçün karantin rejimi sentyabra qədər uzadılır?- AÇIQLAMA

Koronavirusa yoluxma sayı artdığı üçün karantin rejimi sentyabra qədər uzadılır?- AÇIQLAMA

Azərbaycanda son iki gündə koronavirusa yoluxanların sayı artıb. Əgər ölkə ərazisində koronavirusa yoluxanların sayında bu temp yenə də müşahidə edilsə, karantin rejimi sentyabra kimi uzadıla bilərmi?

Sfera.az sonxeber.az-a istinadla xəbər verir ki, bununla bağlı danışan deputat Azər Badamov bildirib ki, son bir neçə gündür ki, ölkəmizdə koronavirusa yoluxanların sayı artmaqdadır: "Bunun əsasında ilk növbədə karantin rejiminə bəzi vətəndaşların məsuliyyətsiz yanaşması dayanır. Biz bilirik ki, karantin rejimində yumşalamalar həyata keçirilib. Baxmayaraq ki, karantin davam edir, bəzi insanlarda sanki pandemiya bitmiş kimi təsəvvür formalaşıb. Tətbiq olunan qaydalara əməl etmir və həm özü xəstəliyə yoluxur, həm də ətrafdakıları üçün təhlükə mənbəyinə çevrilir. Vəziyyət belə davam edərsə təbii ki, karantin qaydalarının daha da sərtləşdirilməsinə ehtiyac yaranacaqdır. Karantin rejimi isə koronavirusa qarşı peyvənd yaranana qədər davam edəcəkdir. Bu iki ay da ola bilər, ilin axırına qədər davam edə də bilər. Biz nə vaxt karantin bitəcəyi fikri ilə yox, yeni vəziyyətə uyğun yaşamağı öyrənməliyik. Bu, gündəlik mütləq şəkildə tibbi maska geyinmək, şəxsi gigeyenik qaydalarına əməl etmək və sosisal məsafə gözləməkdən ibarətdir. Əgər hamı bu tələblərə riayət etsələr, koronavirusun yayılmasını minimuma endirmək mümkündür".


OXŞAR XƏBƏRLƏR

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...