Koronavirusa yoluxma sayı açıqlandı, 3 nəfər vəfat etdi
16:21 / 02.08.2021
1623
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 431 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 344 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 267 nəfər müalicə olunaraq sağalıb, 5 030 nəfər vəfat edib. 6 654 nəfər aktiv xəstə sayını təşkil edib.