Koronavirusa yoluxduqdan neçə ay sonra vaksin oluna bilərik? – Həkimdən açıqlama

Koronavirusa yoluxduqdan neçə ay sonra vaksin oluna bilərik? – Həkimdən açıqlama
"Ola bilsin, koronavirusa yoluxan şəxslər sağaldıqdan 6 ay sonra yox, 3 ay sonra peyvənd olunsun".

Bunu Sfera.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov bildirib. Həkimin sözlərinə görə, koronavirusdan sağalan şəxs minimum 3 ay müddətində xəstəliyə təkrar yoluxmur:

"Koronavirusa yoluxan şəxslər sağaldıqdan sonra ən azı 3 ay sonra virusa yoluxmur. Bu baxımdan 3 aya qədər olan müddətdə peyvənd olunmağın mənası yoxdur. Lakin orta hesabla koronavirusa yoluxub, sağalan şəxslər 6 ay sonra təkrar virusa yoluxa bilir. İlkin olaraq qanda immunoqlobinlər yoxlanılır.
 
Peyvənddən və koronavirusa yoluxmadan sonra immunoqlobinlər yüksəlir və bundan sonra 6 ayadək immunoqlobin ya zəifləyir ya da sıfıra enir. Lakin bu standart hal deyil. Bəzi insanlarda 9 ayadək immunoqlobinlər yüksək olaraq qalır. Bu, xəstəliyin ilkin vaxtlarında immunoqlobinin hansı yüksəklikdə olmasından və hansı səviyyədə aşağı düşməsindən asılıdır".
 
R.Qasımov bəzi şəxslərdə immunoqlobinin formalaşmadığını da istisna etməyib:

"Bəzi insanlarda 3 ayadək immunoqlobin enə bilir, bəzilərində isə peyvənddən xəstəliyə yoluxandan sonra immunoqlobin formalaşmır. Bu da qoruma sisteminin olmamasında xəbər verir. Lakin immunoqlobini 0-a bərabər olan insanlar belə elmə məlum olmasa da ən azı 3 ayadək xəstəlikdən qoruna bilir. Ola bilsin ki, gələcəkdə hər kəs peyvənd olunduqdan sonra yoluxma sayı çox olsa, yoluxmadan və peyvənddən 3 ay sonra vaksinasiya tətbiq oluna bilər. İndi isə 6 ay limitinin olması normaldır, bu əksər ölkələrdə belədir".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir” - VİDEO

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...

Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq ƏLDƏ EDİLDİ

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin v...

Daxili İşlər Nazirliyində kollegiya iclası KEÇİRİLDİ - FOTO

Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayət...

Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı APARDI

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı aparıb.   Sfera.az-ın ve...