No Image
No Image
No Image

Koronavirusa yoluxanların sayı 40 milyonu ötdü

Koronavirusa yoluxanların sayı 40 milyonu ötdü
 Dünyada koronavirusa yoluxan 29 922 911 nəfər sağalıb, 1 115 202 nəfər isə virusdan ölüb.

Sfera.az xəbər verir ki, indiyədək 40 006 239 nəfərə COVID-19 diaqnozu qoyulub.

Beləliklə, son 1 ayda dünyada daha 10 milyon nəfərin koronavirusa yoluxduğu müşahidə olunub.

Ən çox yoluxma halları ABŞ (8 343 140), Hindistan (7 494 551) və Braziliyada (5 224 362) qeydə alınıb.

Qeyd edək ki, oktyabrın 17-nə olan məlumata görə, Azərbaycanda indiyədək 44 317 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 39 903 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 623 nəfərdir.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 345 678 nəfər yoluxub, 302 499 nəfər sağalıb, 9 224 nəfər ölüb. Rusiyada indiyədək 1 399 334 nəfərdə koronavirus aşkarlanıb, onlardan 1 070 576-sı sağalıb, 24 187-si ölüb. İranda isə 526 490 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 30 123 nəfər pandemiyanın qurbanı olub. Qonşu ölkə Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 17 477-yə çatıb. Onların 8 060-ı artıq sağalıb, 136-sı isə vəfat edib.

Ermənistanda indiyədək 64 694 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 48 104 nəfər sağalsa da, 1 081 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

OXŞAR XƏBƏRLƏR

Dünyada koronavirusa yoluxanların sayı 43 milyonu ötdü

 Dünyada koronavirusa yoluxanların sayı 43 milyonu ötüb. Sfera.az xəbər verir ki, bu günədək 1 156 521 nəfər COVİD-19-un qurbanı olub. 31 748 2...

Bolqarıstanın Baş naziri koronavirusa yoluxdu

Daha əvvəl COVID-19 olan şəxslə təmasda olduğu üçün özünü təcrid edən Bolqarıstan respublikasının Baş naziri Boyko Borisovun koronavirus testinin nəticəsi müsbə...

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır. Sfera.az "İnterfaks”a istinadən xəbər verir ki, bu gün ...

İsrail hökuməti Bəhreynlə razılaşmanı təsdiqlədi

Oktyabrın 25-də İsrail hökuməti həftəlik iclasda səsvermə zamanı yəhudi dövləti ilə Bəhreyn arasındakı münasibətlərin normallaşdırılmasına dair razılaşmanı təsd...

“ABŞ-ın Əfqanıstanda olması təhlükəsizlik üçün yaxşıdır” - Putin

"ABŞ hərbçilərinin Əfqanıstanda davamlı olması ümumi təhlükəsizlik üçün faydalıdır”. Sfera.az "TASS” agentliyinə istinadən məlumatına görə, bu barədə Rusi...

Düşmənin rəsmi açıqlanan itki sayı 1000-ə çatır

İşğalçı Ermənistan hərbi itkilərini açıqlamaqda davam edir. Sfera.az "armeniasputnik” saytına istinadən verdiyi məlumata görə, ermənilər ölən daha 1...