Koronavirusa yoluxanların sayı 191 milyonu keçdi
11:40 / 19.07.2021
728
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 191 milyon 229 min 700 nəfərə çatıb.
Sfera.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 4 milyon 105 min 820 nəfərdir. İndiyədək 174 milyon 181 min 909 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 963 907 nəfər virusa yoluxub, 624 746 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 31 144 229 yoluxma qeydə alınıb. Onlardan 414 141 nəfəri vəfat edib.
Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 19 376 574 nəfərdə virus aşkar edilib. Xəstələrdən 542 262 nəfəri həyatını itirib.
Dördüncü yerdə qərarlaşan Rusiyada 5 958 133 yoluxma, 148 419 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Fransada 5 867 730 nəfər virusa yoluxub ki, onlardan 111 472-si ölüb.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.